2 sonuçtan 1 ile 2 arası

Ordubad Buzxanası

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Ordubad Buzxanası

    Ordubad Buzxanası

    Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m2, zirzəmisinin daxili sahəsi 89,4 m2-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir.

    Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür. Tağtavanların üst hissəsi, kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağtavanın konstruksiyasının dəyişildiyi aydın görünür. Bütün binanın mərkəzi oxu istiqamətdə, tağların baş xətti boyunca xırda tağtavanlarla tamamlanır. Yay aylarında istilərdən qorunmaq məqsədilə yerli əhali yeyinti məhsullarını, şəxsi azuqələrini qorumaq üçün bu binadan istifadə edirmiş. Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq, buz halına salınarmış. Buzun əriməməsi üçün onların aralarına saman tökülərmiş. Yay ayları bu buzu buradan sıxarmaq üçün xüsusi adamlar ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar, Ordubad əhalisinin buza olan tələbatını ödəyərmişlər.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Ordubad Buzxanası

    Tesekkur
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.