Dövlət Miqrasiya Xidmətinin nizamnaməsinə görə, bütün əcnəbi tələbələr Azərbaycana səfəri zamanı müvəqqəti yaşayış icazəsi almaq üçün müraciət etməlidirlər.


Müvəqqəti yaşayış icazəsi əldə etmək üçün hansı sənədlər lazımdır?


- Rəsmi ərizə forması müvafiq formada doldurulmalı və imzalanmalıdır.


- Pasportun əsli və surəti (pasport və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti müvəqqəti yaşama icazəsi müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır)


- Doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənədin notarial qaydada təsdiqlənmiş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün)


- İctimai sağlamlıq üçün təhlükəli olan yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, Hepatit B və Hepatit C) daşıyıcısı olmadığını təsdiq edən tibbi arayış.


Tibbi arayışlar aşağıda göstərilən tibbi mərkəzlər tərəfindən verilməlidir, əks halda etibarlı sayılmayacaq.


1) Respublika Müalicə Diaqnostika Mərkəzi


Ünvan: Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllə


Poçt ünvanı: AZ 1062, Bakı, Azərbaycan


Tel: (+99412) 530-83-18, (+99412) 530-83-77


2) "İnternational Medical Centre-2” tibb mərkəzi


Ünvan: Nərimanov rayonu, Aşıq Molla Cümə məscidi 11 B.


Poçt ünvanı: AZ 1072, Bakı, Azərbaycan


Tel: (+994 12) 566-55-74, (+994 12) 566-55-78, (+994 70) 266-55-74


Fax: (+994 12) 566-49-33


- Universitetə qəbul və qeydiyyat haqqında Qərb Universitetinin və eləcə də Təhsil Nazirliyinin təsdiqedici məktubu


- 3.5 x 4.5 sm ölçüdə 2 ədəd fotoşəkil


- Qeydiyyata düşəcəyiniz yaşayış yerinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi)


- Yaşayış sahəsi verən şəxsin ərizəsi (müvəqqəti qeydiyyat üçün icazə verdiyini təsdiq edən)


- Yaşayış sahəsi ilə təmin edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti


Müvəqqəti yaşayış icazəsi əldə etmək üçün Dövlət Miqrassiya Xidmətinə ödənilən rüsumun miqdarı 40 AZN-dir.


Müvəqqəti yaşayış icazəsisi adətən bir ay ərzində verilir.