Bu gün Ermənistanın paytaxtı İrəvanda cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb. 3 gün davam edəcək qitə birinciliyində Azərbaycan yığması da mübarizə aparır.

Ölkəmizi yarışda 5 cüdoçu - İlqar Muşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edir.

Çempionatın püşkünə əsasən, Müşkiyev mübarizəyə 1/8 finaldan başlayıb. O, ilk görüşündə Viktor Qarsiya (İspaniya) ilə üz-üzə gəlıb. 2 dəqiqə 12 saniyə davam edən döyüşdə cüdoçumuz ipponla qələbə qazanıb. Müşkiyev ¼ finalda Maksim Dufonla (Fransa) qarşılaşıb. Həmyerlimiz bu görüşü də uğurla başa vurub və yarımfinala yüksəlib. Müşkiyev bu mərhələdə Kosmin Lazareanı (Rumıniya) məğlub edib. O, finalda Viktor Açkinadze (Rusiya) ilə görüşüb. Görüş Açkinadzenin qələbəsi ilə başa çatıb. Bununla belə, cüdoçumuz Ermənistanda Azərbaycan bayrağı dalğalandırmağa müvəffəq olub. Özü də üçrəngli bayrağımız məhz Ermənistan bayrağından yüksəkdə olub. Çünki düşmən ölkə təmsilçisi Davit Mkrtçyan bürünc medalla kifayətlənib.

Əsədullayev 1/8 finalda Artyom Xarçenko (Ukrayna) ilə qarşılaşıb. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələyə yüksəlib. Əsədullayevin ¼ finaldakı rəqibi Andreas Krassas (Kipr) olub. Cüdoçumuz bu dəfə qələbə qazanaraq, yarımfinala yüksəlib. Həmyerlimiz finala vəsiqə uğrunda qarşılaşmada Floren Urani (Fransa) ilə görüşüb. Qarşılaşmanı məğlubiyyətlə başa vuran Əsədullayev bürünc medal uğrunda təsəlliverici görüşə çıxacaq. Cüdoçumuz Amedeo Akkorsini (İtaliya) yenməyi bacarsa, bürünc medal qazanacaq.

Eminoğlu da yarımfinalda uduzub. Cüdoçumuz Evert Rupson (Estoniya) üzərində qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi isə Sedrik Bessi (Monako) olub. Həmyerlimiz 48-ci saniyədə ipponla qələbə qazanaraq, ¼ finala yüksəlib. Yarımfinala vəsiqə uğrunda görüşdə isə Eminoğlu Solt Qoryanaçla (Macarıstan) görüşüb. Cüdoçumuz bu vəzifənin də öhdəsindən gəlməyi bacarıb. Eminoğlu finala da yüksəlmək üçün Artyom Bulıqanı (Ukrayna) yenməli idi. Lakin məğlub olan cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq. O, təsəlliverici görüşdə Ares Herrero (İspaniya) ilə qarşılaşacaq.

Sabah mübarizəyə qoşulacaq Qurbanov 1/8 finalda keçirəcəyi ilk görüşündə Kreyq Stüartla (Böyük Britaniya) üz-üzə gələcək. Qasımov isə çempionatın sonuncu günündə 1/16 finalda Klement Delveltlə (Fransa) qarşılaşacaq.


İrəvanda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan 2-ci medalını qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rasim Əsədullayev 1/8 finalda ukraynalı Artyom Xarçenko, 1/4 finalda Kipr təmsilçisi Andreas Krassası məğlub edib. Bürünc medal uğrunda görüşdə italyan Amedeo Assorsiyə qalib gələn təmsilçimiz yarışların bürünc medalına layiq görülüb.

İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının ilk günü arxada qalıb. Yarışların birinci günündə idmançımız 66 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Eminoğlu bürünc medal uğrunda görüşə çıxıb. İspaniya təmsilçisi Ares Xerero ilə qarşılaşan Fəqan Eminoğlu rəqibini məğlubiyyətə uğradıb.



Uğurlar sizə AZƏRBAYCAN!!!