ermənistan respublikasının prezidenti sarkisyan bu gün İravanda bəzi diplomatlarla bir yerə gəldiyi yığıncaq əsnasında jurnalistlərin suallarını cavabladı. Sarkisyan, Türkiyə- ermənistan protokoluna bağlı olaraq "Türkiyə ilə dialoq, Qarabağ problemindən azaddır" dedi.

sarkisyan bu dəfə də, görüşmələr üçün Qarabağ mövzusu daxil heç bir ön şərt qəbul etməyəcəklərini təkrarladı.

sarkisyan, ayrıca Türkiyə ilə olan problem Qarabağa bağlıdırsa "Heç görüşmərik" deyərkən, hökumətlər arası bir komissiya qurulacağını, bu komissiya daxilində bir alt komissiyanın çalışacağını açıqladı.

Türkiyə-ermənistan arasındakı razılaşma ilə bir anda yaranan bahar havası, İrəvandan gələn bu sərt açıqlama ilə pozuldu. Bahar havası bir neçə saat davam etmiş oldu.

Halbuki, iki ölkə arasında razılaşmağa gəlindiyi istiqamətindəki xəbərlər, bütün dünyada məmnuniyyətlə qarşılanmışdı. Fransa Respublika prezidenti Sarkozy, xəbəri eşidər eşitməz, dünən gecə məmnuniyyətini dilə gətirən bir açıqlama etdi və həm Türkiyəni, həm də Ermənistanı təbrik etdi.

Vaşinqton da eyni şəkildə "məmnuniyyətini" çatdırmış, hətta müddəti daha da sürətləndirin tövsiyəsini vermişdi.

Fikirlərinizi bölüşməyi unutmayın.