2 sonuçtan 1 ile 2 arası

Pirqulu Dövlət Təbiət Qoruğu

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Pirqulu Dövlət Təbiət Qoruğu

    Pirqulu haqqında:



    Pirqulu Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 25 dekabr 1968-ci il tarixli Qərarı ilə 1521 hektar sahədə Böyük Qafqaz sıra dağlarının şərq qurtaracağında, Şamaxı inzibati rayonu ərazisində təşkil edilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar tarixli Qərarı ilə qoruğun sahəsi genişləndirilmiş və 4274 hektara çatdırılmışdır.

    Qoruğün təşkil edilməsində əsas məqsəd eroziya proseslərinin və astrofizika rəsədxanasının fəaliyyətinə mənfi təsir göstərən atmosferanın tozlanmasının qarşısını almaq, habelə bura üçün xas olan tipik dağ-meşə landşaftlarının, xüsusilə müxtəlif bitki örtüyünün, torpağın münbit qatının qorunub saxlanılması, meşə örtüyü sahəsinin təbii artımının təmin edilməsi, eləcə də qiymətli, nadir və sənaye əhəmiyyətli heyvan və quşların sayının artırılması, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması olmuşdur.

    Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla tanınır. Üstünlük təşkil edən cinslər vələs, palıd, fısdıq ağaclarıdır.

    Pirqulu Dövlət Təbiət Qoruğunun ərazisi üç ayrı-ayrı hissədən ibarətdir:

    Araxçın sahəsi 1600-2000 m hündürlükdə yerləşir. Burada Avaxıl kəndindən şimal-qərbdə yuxarı dağ-meşə qurşağının, qismən də subalp çəmənliyi qurşağının landşaftı səciyyəvidir. Meşələr Qırxbulaq çayının dərəsində və Qart dağının şimal-şərq və qərb yamaclarında yayılmışdır.
    Pirqulu sahəsi 1000-1500 m hündürlükdə günbəzvari Pirqulu dağında yerləşir; bu sahə əsasən orta dağ-meşə yarımqurşağının, qismən də bozqırlaşmış dağ- çəmən landşaftının təbiəti üçün səciyyəvidir.
    Jəngi sahəsi aşağı dağ-meşə yarımqurşağında, 800-1100 m hündürlükdə yerləşir. Ərazisi əsasən Cəngi çayı hövzəsinin sol (Cəngi dağının şimal yamacı) və qismən də sağ hissəsini əhatə edir.
    Qoruğun ərazisinin yerləşdiyi hündürlük onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir.

    Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Hətta 15-20 m2 sahədə 20-25 ağac və kol, 60-70 ot bitkisi növünə rast gəlinir. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Bunlar həm təmiz , həm də qarışıq meşələr təşkil edir. Bu meşələrdə qarışıq halda göyrüş, ağcaqayın, qaraçöhrə, ağ ağcaqayın, söyüd, qoz, gilas, alma, armud və s. ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc və s. kol bitkiləri yayılmışdır.

    Heyvanat aləmi müxtəlif məməli və quşlardan ibarətdir. Burada məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, qarapaça, təkə, ayı, vaşaq, gəlincik, porsuq, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, kəklik və digər növlərə təsadüf olunur.

    Pirqulu Dövlət Təbiət Qoruğunda Qırmızı kitablara adı düşən məməlilərdən köpgər, quşlardan turac, berkut, çöl qartalı və s. qorunur.

    Təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi əhalinin diqqətini həmişə buraya cəlb edir.

    Pirqulu Dövlət Təbiət Qoruğu Azərbaücan Respublikası Prezidentinin 2006-cı il 08 fevral tarixli 1814 nömrəli Sərəncamı ilə yaradılmış Şahdağ Milli Parkının tərkib hissəsinə daxil edilmişdir.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Pirqulu Dövlət Təbiət Qoruğu

    Qadasın alaram ele pirqulunun torpağımın kendidi

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.