Səfəvi hökmdarı 1 Təhmasib 1538-ci ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması XVII əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. XVI-XVIII əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. XVII-XVIII əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda memarlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir
__________________________________________________ __________________________________________________ _____
BAKININ RAYONLARI
_________________
Qaradağ rayonu
Yasamal rayonu
Nizami rayonu
Nərimanov rayonu
Nəsimi rayonu
Sabunçu rayonu
Suraxanı rayonu
Səbail rayonu
Xətai rayonu
Əzizbəyov rayonu

Bakinin Muzeyləri
_________________
Azərbaycan Tarix Muzeyi
Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
Nizami ad. Dövlət Azərbaycan Ədəbiyyatı Muzeyi
Lətif Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Səməd Vurğunun ev-muzeyi
R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi
Nəriman Nərimanovun Xatirə Muzeyi
Cəlil Məmmədquluzadənin ev-muzeyi
Hüseyn Cavidin ev-muzeyi
Cəfər Cabbarlının ev-muzeyi

Bakinin Teatrlari
__________________
Azərbaycan Opera və Balet Teatrı
Azərbaycan Dram Teatrı
Rus Dram Teatrı
Azərbaycan Kukla Teatrı
Azərbaycan Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Bakı Dövlət Sirki

Qardaş şəhərlər
_____________________
Honolulu, Havay Adaları, Amerika Birləşmiş Ştatları
Hyuston, Texas, Amerika Birləşmiş Ştatları
Mayns, Almaniya
Saraybosniya, Bosniya və Hersoqovina
Bordo, Fransa
Bəsrə, Iraq
Amman, İordaniya
Təbriz, İran
Neapol, İtaliya
Sankt-Peterburq, Rusiya Federasiyası
Dakar, Seneqal
Ciddə, Səudiyyə Ərəbistanı
İzmir, Türkiyə
İstanbul, Türkiyə
Konya, Türkiyə
Vũng Tàu, Vyetnam