yanvar/2008

QOÇ


Yanvar ayında planetlərin düzülüşü səyahət, istirahət, əyləncə və biznes əlaqələr qurmaq üçün münasib şərait yaradacaq. Bu ay siz xarici ölkələrə səfər edə bilərsiniz. Belə bir səfərə yaxın bir adamla çıxsanız, bu səfər sizə gözəl təəsuratlar bağışlayacaq. Yanvar ayı həm də təhsil almaq üçün və yaxud həmkarlarınız və tərəfdaşlarınızla münasibət qurmaq üçün münasib vaxtdır. Bu müddət ərzində həmçinin iş yerində yeni layihələrin icrasına başlaya bilərsiniz. Bu ay dostlarınıza da vaxt ayırmaqı unutmayın.
Uğurlu günlər: 5, 6, 14, 15. 22, 23
Uğursuz günlər: 1, 7, 8, 20, 21, 27, 28.

BUĞA


Yanvar ayı Buğalara sərmayə və müxtəlif əmanət yatırımında uğur gətirəcək. Siz səhmlərinizdən, öz sərmayələrinizdə dividendlər və yaxud sərfəli gəlirlər əldə edə bilərsiz.
Vergi, sığorta və varisliklə bağlı suallar asanlıqla həll olunucaq. Tərəfdaşlarınızla çox mehriban münasibət yaranacaq. Yanvar ayında bir çox danışıqlar və ünsiyyət qurmaq cəhdləriniz uğurla yekunlaşacaq. Bu ay həm də rəhbərlik, nüfuzlu məmurlarla və dövlət qulluqçuları ilə ünsiyyət yaratmaq üçün sərfəli vaxtdır. Buğaları intellektual fəaliyyət sahəsində də uğur gözləyir.
Uğurlu günlər: 7, 8, 16, 17, 25, 26
Uğursuz günlər: 2, 3, 10, 11, 23, 30, 31.

ƏKİZLƏR


Yanvar ayında planetlərin düzülüşü Əkizlərə şəxsi münasibətlərdə harmoniya bəxş edəcək ki, bu da bütün ziddiyyətlərə və münagişələri aradan qaldıracaq. Münaqişələr isə bu dövrdə çox az olacaq. Yanvar ayı həm də təhsil almaq üçün münasib vaxtdır. Bu dövrdə sizdə biliyə həvəs artacaq və siz ruh yüksəkliyilə yeni fənlərin yiyələnməsinə başlayacaqsız.
Uğurlu günlər: 1, 9, 10, 11, 19, 27, 28.
Uğursuz günlər: 5, 6, 12, 13, 25, 26.

XƏRÇƏNG


Yanvar ayında planetlərin düzülüşü Xərçənglərə həmkarlarla münasibətləri yaxşılaşdırmağa imkan yaradacaq, məhsuldarlıq artacaq. Bu dövrdə sizi daha çox pulu hara və nəyə yatırmaq sualı narahat edəcək, bu da öz növbəsində sizdə sərmayə bazarını öyrənmək həvəsini yaradacaq. Ulduzlar sizə pulunuzu qənaət etmək üçün iri kredit alanda çoxlu informasiya toplamağı məsləhət görür. Bu ay bürcünüzün tipik nümayəndələrinə öz sağlamlığının qeydinə qalmaq da tövsiyə edilır. Profilaktik tədbirlər ve prosedurlar effektiv olacaq.
Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 30, 31.
Uğursuz günlər: 1, 7, 8, 14, 15, 27, 28.

ŞİR


Yanvar ayında Şirlər əyləncə, xoş istirahət və gözəl vaxt kerirəcəklər. Sizin yaradıcı enerjiniz olimpiada və viktorinalarda gələbə əldə etmək üçün imkan yaradacaq. Bu dövr şəxsi və işgüzar münasibətlərdə konstruktiv söhbət, öz fikrinizi çatdırmaq və danışıqlar aparmaq üçün uğurlu sayılacaq. Yanvarda siz kompromisi daha asanlıqla əldə edəcəksiniz. Bu ay həm də biznes tərəfdaşlarınızla əlaqələr möhkəmlənəcək.
Uğurlu günlər: 5, 6, 14, 15, 23, 24.
Uğursuz günlər: 2, 3, 10, 11, 16, 17, 30, 31.

QIZ


Yanvar ayı şəxsi mənzilin abadlaşdırılması üçün, həmçinin orada yumşaq mebel, incəsənət əşyaları və ya xüsusi dekorasiyaların köməyilə rahatlıq və komfort yaratmaq üçün əlverişli dövrdür. Siz evinizdə və yaxud iş yerində komfortu yaratmaq üçün yeni yumşaq mebel və xalça ala bilərsiz. Bu ay həm də professional sahədə bilik yığmaq üçün əlverişlıdır. Ulduzlar ciddi sərmayə qoyuluş ilə bağlı qərarı qəbul etməkdən çəkinməyə və bazarda durumun təhlili ilə məşğul olmaqa çağırır.
Uğurlu günlər: 7, 8, 16, 17, 25, 26.
Uğursuz günlər: 5, 6, 12, 13, 19, 20.

TƏRƏZİ


Yanvar ayında Tərəzilərin ünsiyyət dairəsi xeyli genişlənəcək. Bu dövrdə sizi informasiya mübadiləsi gözləyir. Siz bir çox ürəkaçan xəbər eşidəcəksiz. Yanvar ayı bütün səfərlər uğurlu olacaq və ən əsası odur ki, bu səfərlər təkcə maddi varlanma deyil, eləcə də əhval-ruhiyyənin yüksəlməsi baxımından yadda qalan olacaq. Bu ay siz öz sağlamlığınıza da fikir verməli olacaqsız. Özünüzü çox gərgin iş grafiki ilə yormayın. Geniş sərmayə imkanları sizi yekun qərar qəbul etməkdən çəkindirə bilər.
Uğurlu günlər: 1, 10, 11, 18, 19, 27, 28.
Uğursuz günlər: 7, 8, 14, 15, 20, 21.

ƏQRƏB


Maliyyə işlərinizdə uğur bütün il boyu sizinlə olacaq. Bu ay gəlirinizi yüksəldə və bahalı alış-verişin sayını artıra bilərsiz. Sizdə yaxşı, təmtəraq həyata həvəs oyanır, külli miqdarda pul xərcləmək istəyirsiz, bu da iri məbləğdə pul qazanmaq üçün stimul yaradacaq. Yanvar ayı ərzində, ən azı, sizin bütün fikir və rəyləriniz eşidiləcək. Bu dövrdə riskə getməkdən qaçın. Kəsici əşyalardan istifadə zamanı diqqətli olun, eləcə də evdə və iş yerində özünüzü oddan qoruyun.
Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 30, 31.
Uğursuz günlər: 10, 11, 16, 17, 23.

OXATAN


Uğur Oxatanları bütün ay ərzində müşaiyət edəcək. Məhz buna görə sizə cazıbənizi istifadə edərək, şəxsi işlərınızlə məşğul olmaq tövsiyə olunir. Yanvar ayı gələcək sərmayə yatırımlarının təhlili üçün uğurlu olacaq. Yanvar ayında planetlərin düzülüşü bu dövrdə ünsiyyətin çox olacağını vəd edir. Bununla belə, yanvar ayında bir çox məsələlərin sadəcə telefon vasitəsilə, ofisdən çıxmadan həll ediləcəyi gözlənilir.
Uğurlu günlər: 5, 6, 14, 15, 23, 24.
Uğursuz günlər: 12, 13, 19, 25, 26.

OĞLAQ


Yanvar ayı istirahət və xoş vaxt keçirmək üçün əlverişlidir. Bu ayı sakit keçirin və həddindən artıq aktivlik göstərməyin. Bu dövrdə siz daha çox rahatlıq və istirahətə can atacaqsız, bu da işdəki münasibətlərə də təsir edəcək – burada da sakitlik və səlislik müşahidə olunacaq. Yanvar ayı ərzində gəlirlərinizin artırılması ilə bağlı yeni fikir və ideyalarınız yarana bilər. Bütün ağlınıza gələn ideyalar diqqətlə təhlil olunmalıdır, bu da bir müddət sonra sizin maddi durumunuzun yaxşılaşmasına səbəb ola bilər.
Uğurlu günlər: 7, 8, 16, 17, 25, 26.
Uğursuz günlər: 1, 14, 15, 21, 27, 28.

DOLÇA


Yanvar ayında planetlərin düzülüşü sizin həmkar və tərəfdaşlarınızla münasibətinizin xeyli yaxşılaşacağı vəd edir. Münasibətlərinizdə etibar və anlaşma səviyyəsi artacaq. Sizin erudisiya və intellektiniz artacaq, və siz görəcəksiniz ki, artıq kollektiv və tərəfdaşlarınız sizi daha yaxşı başa düşür. Bu ay təlim və bilik dairənizin genişləndirilməsi üçün əlverişlidir. Yanvarda maliyyə durumunuzu yaxşılaşdıra biləcək gəlirin əldə olunacağı istisna edilmir.
Uğurlu günlər: 1, 5, 10, 11, 18, 19, 27, 28.
Uğursuz günlər: 2, 3, 16, 17, 23, 30, 31.

BALIQLAR


Yanvar ayı Balıqların arzularını yerinə yetirən dövrə çevrilə bilər. Bu ay özünütəhlil üçün əlverişlidir. Bir qədər təklikdə qalmaq məsləhət görülür. Bu sizə öz davranışınızı və hərəkətlərinizi təhlil etməyə, insanlarla ünsiyyətdə səhvlərinizi görmək və onlardan qaçmaq imkanını yaradacaq. Təklikdə siz həm də özünüzdə gizli biznes qabiliyyətini aşkarlayacaqsız. Yanvar ayında ulduzlar sizə qısamüddətli sərmayələrdən qaçmamağı tövsiyə edir.
Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 22, 30, 31.
Uğursuz günlər: 5, 6, 19, 25, 26.