9 sonuçtan 1 ile 9 arası

MEDENI-tarixi abideler

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    MEDENI-tarixi abideler

    MEDENI-tarixi abideler

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin İstiqlal muzeyi və İstiqlal abidəsinin yaradılması ilə bağlı elan etdiyi beynəlxalq müsabiqə yekunlaşıb.


    Nazirliyin mətbuat katibi İntiqam Hümbətov ölkə prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 18 dekabr 2006-cı il tarixli sərəncamına əsasən, cari ilin aprel-oktyabr aylarında Dağüstü Parkda ucaldılacaq İstiqlal abidəsinin layihələndirilməsi üzrə keçirilib. Müsabiqəyə materialların hazırlanması və müsabiqənin təşkilati məsələlərinin həllinə Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət komitələri, Azərbaycan Milli Elmlər Akademiyası, Rəssamlar və Memarlar ittifaqları cəlb olunub. Müsabiqənin təşkilati və texniki şərtlərini əks etdirən elan Azərbaycan, ingilis və rus dillərində bir sıra yerli və xarici qəzetdə nəşr olunub, İnternet saytlarında yerləşdirilib və Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə verilib.
    Xatırladaq ki, müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlar üçün müvafiq olaraq 100.000, 50.000 və 20.000 manat məbləğində mükafatlar nəzərdə tutulub. 2007-ci il oktyabrın 1-dək Mədəniyyət və Turizm Nazirliyinə müsabiqənin şərtlərinə uyğun 34 layihə təqdim olunub.
    Lakin Müsabiqə Komissiyası təqdim olunmuş işlərə baxaraq müsabiqənin baş tutduğunu elan etsə də, layihələr müsabiqənin ideya və mənasına tam cavab vermədiyi üçün 1-ci, 2-ci və 3-cü yerlərin heç bir iştirakçıya verilməməsi barədə qərar qəbul edib. Təqdim olunmuş layihələrin qiymətləndirilməsi üzrə nəticələrə görə, layihələrin arasında müəyyən dərəcədə maraqlı, memarlıq üslubuna, fəlsəfi mahiyyətinə və ideoloji konsepsiyasına görə cəlbedici işlər olduğu nəzərə alınaraq 3 ən yaxşı layihə-müəlliflər qrupu Altay Hüseynov, Aysel Hüseynova, Ramiz Hüseynov (Azərbaycan), Elbəy Qasımzadə, Zaur Qurbanəliyev (Azərbaycan) və Xanlar Qasımov (ABŞ) həvəsləndirici mükafata layiq görülüb. Komissiya 2007-ci ilin aprel ayından oktyabr ayınadək keçirilən açıq beynəlxalq müsabiqəni 1-ci mərhələ kimi qəbul edib və müsabiqənin 2008-ci ilin mayınadək davam etdirilməsi qərara alınıb. Müsabiqənin növbəti mərhələsi üçün daha geniş və detallı təşkilati-texniki şərtlər hazırlanacaq, məlumat xarakterli tədbirlər həyata keçiriləcək. Bu məsələlər müvafiq dövlət təşkilatları ilə razılaşdırılandan sonra həllini tapacaq.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Balakən rayonu ərazisində eramızdan əvvəl II minilliyə aid tunc silahlar aşkarlanıb. Bu barədə tarixçi alim Akif Məmmədli məlumat verib.


    Onun sözlərinə görə, 3 min il əvvələ məxsus olan bu silahlar Balakənin Göyəm Tala kəndi ərazisində və Şorəkən çölündə torpaq şumlanarkən üzə çıxıb. Tapılmış silahların rənginin qızıla çalması yerli sakinlərin diqqətini cəlb edib və çoxlu sayda tapıntı oğurlanıb. 1 ədəd qılınc, döyüş baltası və nizə ucluğunun saxlanıldığını vurğulayan A.Məmmədli tam əminliyi ilə tapılan silahların tuncdan düzəldildiyini bildirib. O, sözügedən ərazidə belə tapıntıların çoxlu sayda olmasını da istisna etməyib və təhqiqatların davam etdirildiyini söyləyib.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün Bakının Qala kəndində “Mədəniyyətin qorunması üçün Səfir Fondu” layihəsi çərçivəsində Qala məscidinin bərpasına başlanması ilə bağlı tədbir keçirilib.


    Məscid ABŞ-ın Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bərpa olunacaq. Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, bu, səfirlik tərəfindən Azərbaycanda həyata keçirilən ikinci layihədir. İlk olaraq Qax rayonunun Qum kəndindəki məscidin bərpa olunmasına başlanılıb və ilin sonunadək orada işlər başa çatacaq. XVII-XVIII əsrlərə aid Qala məscidinin bərpasına isə 38 min dollar ayrılıb. Burada işlərin gələn ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də Qala məscidinin bərpasına vəsait ayıracaq.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün Muzey Mərkəzində Dünya Bankının təşəbbüsü ilə hazırlanmış İçərişəhər Tarixi Memarlıq Qoruğunun baş planının təqdimat mərasimi keçirilib.


    Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İçərişəhərin Azərbaycanın ən qiymətli tarixi abidəsi olduğunu deyib. O bildirib ki, 2001-ci ildən etibarən Şirvanşahlar Sarayı, Qız Qalası və İçərişəhər kompleksi, bu ildən isə Qobustan qoruğu UNESCO-nun “Bəşəriyyətin mədəni irsi” siyahısına daxil edilib: “İçərişəhərin təhlükə altında olan mədəni abidələr sırasında olması sözsüz ki, bizi narahat edir. Amma İçərişəhər ölkə başçısının və Mehriban xanım Əliyevanın diqqətindədir. Müxtəlif beynəlxalq təşkilatlar da vəziyyəti yaxşılaşdırmaq üçün kömək göstərirlər. Üç il bundan əvvəl Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmağa başlanan İçərişəhərin idarəetmə planı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tamamlanıb. Bu işin gerçəkləşməsində bizə Dünya Bankı kömək edib”. Nazir 27 sentyabrın Beynəlxalq Turizm Günü olduğunu və bu tədbirin belə bir gündə keçirilməsini məqsədəuyğun saydıqlarını vurğulayıb. Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov İçərişəhərin qorunub saxlanılması üçün daha vacib addımların atılmasının vacibliyini qeyd edib: “İçərişəhərin master-planı hazırlanır və ümidvaram ki, gələn ilin bu vaxtlarına həmin layihə təqdim olunacaq. Bu planın hazırlanması üçün yaradılan komissiyaya UNESCO-nun ekspertləri və yerli mütəxəssislər cəlb edilib”. Dünya Bankının Azərbaycandakı nümayəndəsinin çıxışından sonra İçərişəhərin baş planı təqdim olunub.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    “İçərişəhər” Dövlət Tarix-memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanovun müsahibəsi


    - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hansı zərurətdən yaradıldı?
    - Müəyyən səbəblərdən İçərişəhərin şəhərsalma-memarlıq bütövlüyünün qorunmasında problemlər yaranmışdı, nəzarətsiz yeni tikililər peyda olurdu. Ərazidəki yaşayış tikililərinin təmir-bərpa işləri çox zəif aparılıb, aparılan təmir işləri də şəhərin memarlığına xələl gətirib. Azərbaycan prezidenti İçərişəhər ərazisinin mühafizəsinin gücləndirilməsi məqsədilə bir sıra fərman və sərəncam imzalayaraq, Qoruğun İdarəçiliyinə yeni status verdi, o, Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaratdı və 16 may 2007-ci il tarixli fərmanla yeni yaradılmış İdarənin Əsasnaməsi və digər sənədləri təsdiq etdi. Beləliklə, analoqu olmayan qoruq ərazisinin idarəetmə sistemi yaradıldı. Yalnız bundan sonra ərazidə aparılan pərakəndə tikinti işləri dayandırıldı və hazırda idarənin icazəsi və nəzarəti altında yerinə yetirilir. Qoruğun tərkibinə 4 qurum - Mənzil-Kommunal və Təmir Xidməti, Elmi-Mədəni Mərkəz, Elmi İstehsalat-Bərpa Emalatxanası və “İçərişəhər” Tarixi Muzeyi daxil edilib. Onu da qeyd etməliyəm ki, qoruğun ərazisi çox mürəkkəb, sosio-mədəni sistemdir. Bu ərazidə təxminən 4500 nəfər yaşayır. Deməli, bu ərazi sosial tərəfdən də inkişaf etməlidir. Digər tərəfdən isə bu ərazinin təxminən 20 hektarında 600-dək abidə var. Bu abidələrdən 3-ü beynəlxalq əhəmiyyətli, 26-sı ölkə əhəmiyyətli memarlıq abidəsi, 3-ü arxeoloji abidə, 500-ə qədəri isə yerli əhəmiyyətli abidədir. Deməli, qoruğun mədəni komponenti onun qorunmasını, sosial həyatı isə dinamika tələb edir. Qoruğun idarə edilməsində ən vacib və ən incə məqam da bu tarazlığı yaratmaqdır. Digər tərəfdən, bura çox elitar nüfuzlu bir ərazi hesab olunur. Müxtəlif beynəlxalq təşkilatlar və kommersiya strukturları da İçərişəhərdə yerləşmək üçün müəyyən mənada canfəşanlıq göstərir. Bax, bu məsələlərlə bağlı bir sıra problem var və bunlar həllini tapmalıdır. Əsas problem isə odur ki, ərazidə yaşayanlar üçün həm sosial şərait yaradılmalı, həm də buradakı bütün abidələrin qorunub saxlanmasıdır.
    - İdarənizin maliyyə məsələləri necə həll olunur?
    - Maliyyələşmə hal-hazırda dövlət vəsaiti hesabına həyata keçirilir. Amma qoruğun Əsasnaməsi ona görə unikaldır ki, qoruğun administrasiyasına gələcəkdə özünü maliyyələşdirə bilmək imkanı yaradılıb. Biz çalışmalıyıq ki, gələcəkdə bu imkandan istifadə edək və əldə olunan vəsaiti İçərişəhərin inkişafına yönəldək. Bununla yanaşı, fərdi investorların yatırımları da cəlb olunmalıdır. Dövlət siyasəti bu məsələdə elə yönəldilib ki, fərdi investor əraziyə pul qoymağa həvəsləndirilsin, memarlıq standartlarına xələl gəlmədən müəyyən abadlaşdırma işləri aparsın. Qorunub saxlanmaqla və abadlaşma ilə bağlı bizim “Menecment planı”mız hazırlanıb, “Master planı”mız isə hazırlanır. Bu layihələr UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanıb. Dünyanın tanınmış mütəxəssisləri, tarixi şəhərin qorunub saxlanmasında təcrübəsi olan memarlar İçərişəhərə gəliblər, onlarla müəyyən danışıqlar aparılıb. 2008-ci ilin yayında İçərişəhərə aid olan qeyd etdiyimiz xüsusi “Master plan” da yaradılacaq. Keçmişdə buna Baş Plan deyirdilər. “Master plan”da hər bir binanın taleyi ilə bağlı məsələlərə aydınlıq gətirəcək və şəhərsalma bütövlüyü də qorunub saxlanacaq. İdarəmiz hal-hazırda formalaşma mərhələsindədir. Hazırda 30-dək işçimiz var. Yerimiz bir az darısqaldır. Gələcəkdə başqa binaya köçməyi planlaşdırırıq. Əsas odur ki, işlək mexanizm artıq yaradılıb. Əraziyə nəzarət edən xüsusi texniki xidmət şöbəsi var. Digər tərəfdən, informasiya-kommunikasiya bölməsi və tədqiqatlar qrupu da yaradılıb. Burada memarlar, inşaatçılar qrupu, ərazi nəzarətçiləri, İT-mütəxəssisləri və digərləri çalışır.
    - Fəaliyyətiniz dövründə İçərişəhərin taleyüklü məsələlərindən hansının həllinə nail ola bilmisiniz?
    - İçərişəhərin taleyüklü məsələləri çoxdur, onları bir-birindən ayırmaq istəmirəm. Çünki İçərişəhər ilk növbədə müasir tələblərə cavab verən turizm mərkəzinə çevrilməlidir. Tarixi memarlıq abidələrimizi əks etdirən video-roliklər, kitabçalar, broşüralar, açıqcalar çap edilib. Keramik məlumat stendləri hazırlanıb, yol örtükləri dəyişdirilir, turist marşrutları hazırlanır. İçərişəhərin turizm mərkəzinə çevrilməsi üçün bir sıra əlavə problemlər həll olunmalıdır. İçərişəhər yarım il əvvəl həm qaranlıq, həm də çox çirkli idi. İndi İçərişəhər təmizdir, işıqlıdır. İşıqlandırma milli üslubda aparılır. İçərişəhər təkcə tarixi abidə deyil, sözün əsl mənasında şəhərdir. Buradakı dəyişikliyi gərək gələsən, görəsən.
    - İçərişəhər UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil ediləndən sonra burada mütəmadi olaraq, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi gözlənilirdi. Belə tədbirlərin keçirilməsi planlaşdırılırmı?
    - İçərişəhərdə beynəlxalq folklor festivalları keçirməyi planlaşdırırıq. Biz qədim şəhərlərin beynəlxalq alyansına daxil olmağı nəzərdə tuturuq və bu çərçivədə seminarın keçirilməsini planlaşdırırıq. UNESCO nümayəndələri İçərişəhərdə olublar və qərarlarını Ümumdünya İrs Komitəsinə göndəriblər. Komitənin 31-ci iclasında yay vaxtı bu məsələlər müzakirə olunub və qeyd olunub ki, İçərişəhərin idarə olunmasında nəzərə çarpan irəliləyiş var, binaların sökülməsinin qarşısını almağa nail olunub. Ona görə də növbəti müşavirədə İçərişəhərin Ümumdünya Mədəni İrs Siyahısının qara siyahısından, yəni təhlükə qarşısında olan abidələrin sırasından çıxarılması məsələsinə baxılacaq.
    - Beynəlxalq təşkilatlarının nümayəndələrinin İçərişəhərə səfəri gözlənilirmi?
    - UNESCO-nun Ümumdünya İrs Komitəsi Mədəni İrsin Qorunmasına aid Hökumətlərarası Beynəlxalq Təşkilat (İCCROM) və Abidələrin və Tarixi Yerlərin Qorunub Saxlanmasına aid Qeyri-Hökumət Beynəlxalq Təşkilatı (İCOMOS) ilə əməkdaşlıq edir. Bu il həmin beynəlxalq təşkilatların nümayəndələrinin İçərişəhərə səfəri olacaq. Şəhərin “Master plan”ı ilə bağlı da mütəxəssislərin səfəri bu ay gözlənilir. Tanınmış beynəlxalq mütəxəssislərin İçərişəhərdə ayrıca qərargahı da yaradılacaq. Onların İçərişəhərə hər ay səfər etmələri planlaşdırılır. Bu aydan başlayaraq “Master plan” üzrə nümayəndələr İçərişəhərdə mütəmadi işləməyə başlayacaq.
    - Bir ara İçərişəhərdə aparılan söküntü işləri narahatlıq doğururdusa, hazırda yeni binaların tikilməsi narazılıqla qarşılanır. İçərişəhərdə keçmişdə aparılan yeni tikinti işlərinin aqibəti necə olacaq?
    - Hazırda İçərişəhərdə bütün təmir-bərpa işləri bizim nəzarətimiz altında həyata keçirilir. Qoruğun ərazisində isə heç bir yeni tikinti işi aparılmır. Mən tam məsuliyyətlə bildirirəm ki, İçərişəhər ərazisində aparılan bütün qeyri-qanuni tikintilər yanvarın 15-dən dayandırılıb. Bütün layihələrə yenidən baxılıb və layihələr İçərişəhərin memarlıq standartlarına uyğunlaşdırılıb. İndi İçərişəhərdə yalnız müəyyən təmir-bərpa işləri aparıla bilər. Aparılacaq işlər isə müəyyən tələblərə uyğun olmalıdır və bu standartlarla tənzimlənir. Layihələr xüsusi ekspert komissiyasına təqdim olunur və onların icazəsi ilə bərpa başlanır.
    - Bəs binaların sökülməsinə hansı şərtlə icazə verilir?
    - İçərişəhərdə binaların sökülməsi məsələsinə də ciddi nəzarət olunur. Əgər binanın bərpası heç cür mümkün deyilsə, mütəxəssislər onu saxlamağı lazım bilmirlərsə, binanın heç bir tarixi əhəmiyyəti yoxdursa və nəhayət, həmin binanın altında qədim arxeoloji əhəmiyyətli qalıqlar qalmayıbsa, bu binanın sökülməsinə icazə verilə, həmin ərazidə ona uyğun bina regenerasiya edilə və ya ərazisi yaşıllaşdırıla bilər.
    - Hazırda İçərişəhərdə yerləşən bir neçə beynəlxalq təşkilatın ofislərinin başqa yerə köçürülməsi mümkündürmü?
    - Bu suala cavab vermək üçün dünya təcrübəsinə nəzər yetirməliyik. Avropanın qədim tarixi yerləri adətən piyada yollarından ibarətdir. Bu ərazilərə nəqliyyatın daxil olması qəti qadağandır. Bizim apardığımız monitorinqlərə görə isə bir vaxtlar İçərişəhərə gündə təxminən 15 min maşın daxil olurdu, burada hətta piyadaların hərəkəti mümkün deyildi. Belə bir şəraitdə şübhəsiz ki, giriş-çıxış məhdudlaşmalı idi. Amma bu məhdudlaşma da addım-addım aparılmalı, İçərişəhərdə yaşayan sakinlərin rahatlığı nəzərə alınmalıdır. İçərişəhərdə beynəlxalq təşkilatların və kommersiya strukturlarının ofisləri varsa, deməli, gündüz İçərişəhərin əhalisi 10 minlərlə artır. Üstəlik hər ofisin də nə qədər maşını var. Məhdudlaşdırma çərçivəsində qoruğa elektron qapılar qoyuldu, sakinlərə və ofis nümayəndələrinə elektron kartlar paylandı. Hər ofisin yalnız bir neçə əməkdaşına elektron kart verildi. Hazırda İçərişəhərə iki yerdən giriş-çıxış var: Qoşa Qala qapısı və Neftçilər prospektindən. Mən istəyirəm ki, bu məhdudlaşma bir az da sərtləşdirilsin və gələcəkdə yalnız piyada hərəkəti olsun. Bu məhdudlaşma bəzi ofislər üçün çətinlik yarada bilər və ola bilsin ki, artıq kimsə buradan çıxıb getməyi planlaşdırır, amma rəsmən onların köçürülməsinə, ərazidən uzaqlaşdırılmasına heç bir göstəriş yoxdur.
    - İçərişəhərdə bu gün evlərin alğı-satqısı necə həyata keçirilir?
    - Bu, çox maraqlı məsələdir. İçərişəhərdən ev alanlar bəzən sonra narazılıq edirlər ki, qadağalardan, şəhərə sərbəst giriş-çıxışın olmamasından mənzilin istənilən şəkildə təmirinə imkan verilməməsindən xəbərsiz olublar. Ona görə də bizim qurumun qoruq ərazisində olan evlərin alğı-satqısında iştirakı həllini tapmalıdır. Buradan ev alan hər kəs bizimlə öncədən mühafizə müqaviləsini imzalamalı və müəyyən öhdəliklər götürməlidir. Qoruq sakininin memarlığa xələl gətirən hər hansı təmir işləri aparmağa, tarixi üslubu dəyişməyə, hər hansı elementi pozmağa ixtiyarı yoxdur. Hətta müvafiq hallarda binanın istifadə təyinatını dəyişdirməyə də qadağa qoyula bilər. Bu şərtlər İçərişəhərin hər bir sakininə izah edilir.
    - Hazırda İçərişəhərdə hansı abidələr təmir olunur?
    - Qız Qalası yaxınlığındakı ətraf abadlaşdırılıb, 1964-cü ildə aşkar olunan Sıratağlı abidə bərpa olunaraq, açıq səma altında muzeyə çevriləcək. Burada İçərişəhər Tarix muzeyi yaradılacaq və yaxında təmir işləri başlanacaq. Bir sözlə, kompleks yaradılması nəzərdə tutulub. Buxara və Moltanı karvansarasının ətrafı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya Muzeyinin bərbad vəziyyətdə olan fasadı təmir olunub, həmçinin, Bakıxanovların evi, S. Quliyev küçəsində bərpa işləri davam edir və s. Təmiri təxirəsalınmaz yaşayış binalarında da bərpa işləri aparılacaq. Çalışırıq ki, şəhərsalma tariximizi mərhələlərlə özündə yaşadan İçərişəhər memarlığımızın daş yaddaşı kimi mühafizə edilsin, həm də canlı şəhər kimi yaşasın...

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycanın Gədəbəy rayonunda IX-XI əsrlərə aid olduğu güman edilən alban məbədi aşkar olunub.


    Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Gədəbəyin Çaldaş kənd sakini Aqil Xəlilovun həyətyanı sahəsində yerləşən və ev sahibi tərəfindən bu günəcən mühafizə olunan məbədə ilkin baxış keçirilib. Birnefli bazilikanın özünəməxsus plan quruluşu var. Dam örtüyü tamamilə dağılan məbədin 1-1,5 metr hündürlüyündə divarları, altar hissəsi bu günəcən qalıb. Qədim alban mədəniyyətinin nümunəsi olan bu məbəd hazırda memarlar və alimlər tərəfindən öyrənilir.

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Memarlar İttifaqının XVII qurultayı keçirilib.


    Qurultayı giriş sözü ilə açan qurumun I vitse-prezidenti Hafiz Əmirxanov ittifaqın çox çətin vəziyyətdə olduğunu bildirib: “Biz heç kimin qapısını döymürük. Dəfələrlə demişik, ancaq səsimizi eşidən olmayıb. Bizə heç kim əl tutmayıb”. Bakının bugünkü vəziyyətindən narahat olduqlarını deyən H. Əmirxanov paytaxtda tikilən müxtəlif rəngli binaların şəhərin memarlıq üslubuna xələl gətirdiyini vurğulayıb: “Kim binanı nə rəng istəyirsə, o rəngə də boyayır. Şəhərin rəng palitrası barədə fikirləşməliyik. Çalışmalıyıq ki, öz simamızı itirməyək”. Əməkdar mühəndis Arif Şahbazov da Bakıdakı vəziyyətdən şikayətlənib: “Bu gün Bakıda baş verənləri nə ilə izah etmək olar? Buna kim cavab verəcək? Bakıda 14 meydan var idi. İndi həmin meydanlarda da yeni binalar tikilir. Axı bunun sonu faciədir. Şəhərdə tıxaclar da məhz bu üzdən yaranır. Bakının zibilli olması da hamını narahat etməlidir”. Qurultayda çıxış edən Prezident Aparatının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə digər yaradıcı təşkilatlar kimi, Azərbaycan Memarlar İttifaqının da yaradıcılıq şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramına ehtiyacı olduğunu bildirib: “Hər dövlətin bir neçə əsas vəzifəsi var. Dövlət vergi yığır, sərhədlərini qoruyur, qanunlar qəbul edir. Dövlətin başqa ümdə vəzifəsi yoxdur. Hər ölkədə vətəndaş cəmiyyəti adlanan bir struktur da var. Dövlətin, cəmiyyətin daxilində hansı problemlər müəyyən edilirsə, bu problemə aid olan qurumlar, assosiasiyalar, birliklər yaradılır. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti hələ zəifdir. Memarlar İttifaqını müxalif bir qüvvə kimi görmək heç də düzgün mövqe deyil. Ona görə Memarlar İttifaqına layiqli rəhbər seçmək lazımdır”.
    Daha sonra tanınmış memar Elbəy Qasımzadə sədr seçkisi ilə bağlı məlumat verib. O, 2005-ci ildə keçirilməsi nəzərdə tutulan qurultay zamanı sədrliyə namizədliyini irəli sürən memarların adlarını sadalayıb: Aqil Əhmədzadə, Nəriman Əliyev, Rasim Əliyev, Hafiz Əmirxanov, Aybəniz Həsənova, Elbəy Qasımzadə və Nizami Nağıyev. Qurultayda iştirak etməyən Aybəniz Həsənova və Rasim Əliyevin adı namizədlər sırasından çıxarılıb. Elbəy Qasımzadə, Nizami Nağıyev və Aqil Əhmədzadə isə namizədliklərini geri götürüblər. E. Qasımzadə sədrliyə yeni yaradılmış Memarlıq və Şəhərsalma Komitəsinin sədri Abbas Ələsgərovun namizədliyini irəli sürüb. Beləliklə, sədr seçkisində üç namizəd - Hafiz Əmirxanov, Nəriman Əliyev və Abbas Ələsgərov iştirak edib. Keçirilən açıq səsvermə nəticəsində 54 səs toplayan Abbas Ələsgərov Memarlar İttifaqının sədri seçilib.
    Hazırda qurultay işini davam etdirir və ittifaqın İdarə Heyəti formalaşdırılır.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    melumata gore tesekkur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.