Sayfa 2/3 İlkİlk 123 SonSon
21 sonuçtan 11 ile 20 arası

TV

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Moskvada Azərbaycan dilində yayımlanan “İnterAz” televiziya kanalı fəaliyyətini bərpa edir
    Bu ilin iyuluna qədər Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan dilində yayımlanan “İnterAz” adlı televiziya kanalı fəaliyyətini bərpa edir. “İnterAz” televiziyasından APA-ya daxil olan məlumata görə, dekabrın 29-u, saat 18.00-dan efirə çıxacaq televiziyanın təsisçisi Azərbaycan Yazıçılar Birliyinin üzvü Şahməmməd Nəzərlidir.
    Türksat”la yayımlanacaq televiziyanın Bakıda və Moskvada ofisləri yaradılıb, kollektiv toplanıb. “İnterAz”ın kollektivi, əsasən Az.TV-nin sabiq işçilərindən və “Space” televiziyasından cəlb olunan əməkdaşlardan formalaşdırılıb. “İnterAz”ın Rusiyadakı ofisinin bədii rəhbəri İdris Heydərli, Azərbaycandakı ofisinin bədii rəhbəri Rafiq Savalan, baş prodüseri isə Vüqar Heybətov təyin olunub. Televiziyadan, həmçinin bildirilib ki, “İnterAz”da siyasi mövzulardan uzaq, Azərbaycanın tarixi, mədəniyyəti və klassik musiqisi haqqında maarifləndirici verilişlərin yayımlanmasına üstünlük veriləcək. Məlumata görə, televiziyanın təsisçisi Ş. Nəzərli son texniki problemləri həll etmək üçün bu gün Moskvaya gedib. Gələcəkdə “İnterAz”ın KTV və BBC ilə müqavilə bağlayaraq onların xətti ilə də yayımlanması da nəzərdə tutulub.
    Qeyd edək ki, “İnterAz” telekanalı 2002-ci ikin noyabrında fəaliyyətə başlayıb, bu ilin iyulunda isə fəaliyyətini dayandırıb. “İnterAz”ın Azərbaycan nümayəndəliyinin bədii rəhbəri olmuş kinorejissor, xalq artisti Vasif Babayev APA-ya bildirib ki, kanal maliyyə çətinliklərinə görə dayanıb. V. Babayevin sözlərinə görə, Saleh Xudiyevin təsisçisi və prezidenti olduğu “İnterAz” Moskva və Moskva ətrafında yayımlanıb, geniş tamaşaçı auditoriyasına malik olub. Hələ 1 il əvvəl televiziyanın Azərbaycanda nümayəndəliyi yaradılıb və qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Nümayəndəliyin rəhbəri Elxan Muxtarov, mən isə bədii rəhbər olmuşam. Moskvadan bura texnika da gətirilmişdi. Biz Azərbaycanda verilişlər hazırlayıb Moskvaya göndərməli idik. Hətta Azərbaycan telekanallarından birində verilişlərimizi yayımlamaq üçün vaxt almaq da nəzərdə tutulmuşdu. Amma “İnterAz” Moskvada fəaliyyətini dayandırandan sonra işlər yarımçıq qaldı. Bir neçə gün əvvəl isə eşitmişəm ki, kanal yenidən fəaliyyətə başlayır”.
    Milli Televiziya və Radio Şurasından isə APA-ya “İnterAz” adlı televiziyanın şurada qeydiyyatdan keçmədiyi, Azərbaycana məxsus tezliklərdə belə bir kanalın yayımlanmayacağı bildirilib. /APA/

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Re: TV

    Alıntı isi-85 Nickli Üyeden Alıntı
    Azerbaycanda Televiziya .Hal-hazirda sizi qani edirmi? TV-ye aid fikirlerinizi oyrenmek isterdim

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Rusiyanın RTR televizyasının Azərbaycanda yayımı dayandırılıb

    Rusiyanın RTR televizyasının Azərbaycanda yayımı dayandırılıb. Bu barədə APA-ya Azərbaycanın Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. Məlumatda bildirilib ki, yayım şuranın qərarı ilə 2008-ci il yanvarın 1-də saat 07.00-də dayandırılıb.


    Şuradan onu da qeyd ediblər ki, artıq RTR-in yayıldığı tezlikdə yayımın MTRŞ-nın qərarı ilə dayandırılması barədə xəbərdarlıq da yerləşdirilib.
    Qeyd edək ki, Azərbaycanın teleradio yayımçılarının proqramlarının Rusiya ərazisində, bu ölkənin teleradio yayımçılarının proqramlarının isə Azərbaycanda yayımı ilə bağlı hər iki ölkədə yaradılan işçi qruplarının uzun müddət apardıqları danışıqlar nəticəsiz başa çatıb. Belə ki, ötən il dekabrın ortalarında işçi qrupun Rusiyada keçirilən son iclasında Rusiya tərəfi AzTV-nın öz ərazisində yayımı ilə bağlı təklifi reallaşdırmaqdan birmənalı imtina edib. Bundan sonra Azərbaycan MTRŞ məsələni bir daha müzakirə edib və bu gündən etibarən RTR-in ölkəmizin ərazisində yayımı dayandırılıb. /APA/

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    RTR-Planeta” telekanalının Azərbaycanın milli tezliyində yayımı bərpa oluna bilər

    Bu barədə Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev bildirib

    Milli Televiziya və Radio Şurası Rusiyanın “RTR-Planeta” telekanalının Azərbaycanın milli tezliyində yayımını bərpa edə bilər. “Rusiya Azərbaycanın AzTV kanalının ölkələrinin milli tezliyində yayımını təmin etsə, biz də “RTR-Planeta”nın yayımının bərpası məsələsini yenidən müzakirəyə çıxararıq”. Bunu “Trend”ə şuranın üzvü Qafar Cəbiyev bildirib. O deyib ki, Azərbaycan son 5 ayda telekanalların qarşılıqlı yayımı ilə bağlı cəhdlər etsə də, Rusiya tərəfi konkret təkliflə çıxış etməyib. Ötən il dekabrın 11-12-də işçi qrupun Moskvada keçirilən görüşündə Rusiya Azərbaycan telekanalının həmin ölkədə yayımı üçün lisenziyanın alınmasını istəyib. Rusiya qanunvericiliyinə görə, həmin ölkənin ərazisində yayımlanan televiziyanın təsisçisinin qoyduğu sərmayənin 50 % Rusiyanın kapitalı olmalıdır. Azərbaycan bu təklifi qəbul etməyib

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    "Cənub TV" fəaliyyətə başlayıb
    Bu kanal ötən il fəaliyyəti dayandırılan "Lənkəran TV" nin tezliyində yayımlanır

    Respublikada daha bir regional televiziya - "Cənub TV" fəaliyyətə başlayıb. Bu kanal ötən il fəaliyyəti dayandırılan "LənkəranTV" nin tezliyində yayımlanır. Milli Televiziya və Radio Şurası regional telekanala ötən ilin sentyabrında 6 illik müddətə xüsusi razılıq (lisenziya) versə də, "Cənub TV" MMC ilin son günündə -Dünya Azərbaycanlılarının Həmrəylik Günü olan 31 dekabrda fəaliyyətə başlayıb.

    Qeyd edək ki, "Lənkəran TV"nin fəaliyyəti təsisçiliylə bağlı sənədlərdə problem meydana çıxdığından Milli Televiziya və Radio Şurası tərəfindən ötən ilin iyunun 18-də dayandırılmışdı. Onun tezliyi üzrə elan edilmiş müsabiqədə isə "Cənub TV" qalib gəlib. Cənub bölgəsinin bütün rayonlarına yayımlanan, 700 mindən artıq tamaşaçı auditoriyasına malik televiziya texniki cəhətdən olmasa da peşəkar kadrlar baxımından əziyyət çəkir.

    Hazırda "Cənub TV " səhər saat 09.00-dan gecə saat 02.00-yə qədər müxtəlif səpkili veriliş, konsert və filmlərlə efirə çıxır. Əvvəlki televiziyadan fərqli olaraq "Cənub TV" canlı xəbər buraxılışlarına üstünlük verir. Hələlik gün ərzində 2 xəbər buraxılışı verilsə də, yaxın vaxtlarda bunun sayı 3-ə çatdırılacaq. Ümumiyyətlə isə, regional telekanalda tamaşaçıları maraqlı surprizlər gözləyir. /ANS TV/

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129

    Bu il Azərbaycanda daha iki regional telekanal fəaliyyətə başlayacaq

    Bu il Azərbaycanda daha iki regional telekanal fəaliyyətə başlayacaq
    2008-ci ildə Yevlaxda və Şəkidə yeni regional telekanallar fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.


    MTRŞ sədrinin sözlərinə görə, telekanalların açılması ilə bağlı iş davam etdirilir və bu ilin mart-aprel aylarında iş başa çatacaq. N. Məhərrəmli hələlik başqa regionlarda telekanal açılmasının nəzərdə tutulmadığını deyib: “Hələ ki, başqa regionlarda telekanal açılmasına ehtiyac yoxdur. Zərurət olanda bu işlərə başlayırıq. Şəkidə və Yevlaxda yeni telekanalları açaq, sonra digər regionlar barədə fikirləşərik”.
    Qeyd edək ki, yanvarın 1-dən Lənkəranda “Cənub” TV fəaliyyətə başlayıb. /APA/

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Telekanallardan biri rus dilində film yayımladığına görə cəzalandırılıb
    Nuşirəvan Məhərrəmli dublyajların səviyyəsinin qənaətbəxş olmadığını da bildirib

    Azərbaycan telekanallarından biri rus dilində film yayımladığına görə cəzalandırılıb. "Yanvarın 1-dən Azərbaycan telekanallarında xarici filmlər dublyajla verilir. Yalnız yanvarın ilk günündə telekanallardan biri rus dilində film yayımladı, dərhal da cəzalandırıldı. Bundan sonra xarici dildə film yayımlanmasına rast gəlinməyib". Bunu APA-ya açıqlamasında Milli Teleradio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli deyib.

    Hələlik dublyajların səviyyəsinin qənaətbəxş olmadığını bildirən MTRŞ sədri hesab edir ki, bu iş getdikcə professionallaşacaq: "Bunu ona görə tətbiq etmişik ki, dublyajın keyfiyyəti artsın. Əgər bu qərarı verməsəydik, keyfiyyət də olmayacaqdı".

    N. Məhərrəmli telekanallarda türk filmlərinin verilməsində sui-istifadə hallarına rast gəlindiyini də bildirib: "Biz türk filmləri ilə bağlı da qərar verəcəyik. Bəzi telekanallar, əsasən türk filmləri verməklə işini bitmiş hesab edir. Əgər görsək ki, türk filmlərinə həddindən artıq yer verilir, bununla bağlı xüsusi tədbir görəcəyik.
    ANS-PRESS

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

  9. #19
    Junior Member
    Üyelik tarihi
    May 2008
    Mesajlar
    24
    Hal hazirki TV qane etmir
    Intelekt seviyyesi asagidir/Bir az medeni ve intelektual verlishlere yer vermek lazimdir.
    Insan qalmaqal gormekden bezir buna eylence demezler

  10. #20
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Alıntı emashka Nickli Üyeden Alıntı
    Hal hazirki TV qane etmir
    Intelekt seviyyesi asagidir/Bir az medeni ve intelektual verlishlere yer vermek lazimdir.
    Insan qalmaqal gormekden bezir buna eylence demezler
    [
    Ya da
    [

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.