Re: Yardımlı haqqında nə bilirik?
MƏN YARDIMLI BALASIYAM!
Görüşünə gedirəm mən,
Hərdənbirdən,yol düşəndə.
Diz çökürəm qarşısında,
Hər onunla görüşəndə.
Gen düşmədim ondan bir an,
Yaşayası olsam harda.
Ruhum onun yanındadır,
Gəzdirdiyim vicud burda.
Əzəlim ondan başlayıb,
Sonda onun olasıyam.
İlahi!Sənə çox şükür
Mən Yardımlı balasıyam,
Yardımlılı balasıyam
Nədənsə taleyinə
Əzəl gündən çən düşüb.
Cücərməyib istəyin
Uğur səndən gen düçüb.
Ey mənim ata yurdum!
Sən hələ də ölkəmin
Sirlə dolu üzüsən.
Tarixləşmiş tarixin
Yazılmamış sözüsən.
Sənsən ulu babamdan
Mənə yetişən miras.
Sənsən ruhuma qida,
Sənsən dərdimə əlac. . .
Ey mənim ata yurdum!
Yoxdursa Səni duyan
Ya silkələ tarixi,
Ya da tarixdən oyan!. .
Re: Yardımlı haqqında nə bilirik?
Re: Yardımlı haqqında nə bilirik?
Re: Yardımlı haqqında nə bilirik?
:lol: :lol: aynı yerden bakmısız ama cok guzel bir yermis :D
Re: Yardımlı haqqında nə bilirik?
Bu movzu forumda artiq var ona gore de bunu kohne movzuya birleshdirirem :)
Re: Yardımlı haqqında nə bilirik?
Bir Gun forum ehlini ora gezmeye aparam teskilatci olaram her bir yeirni gezersiz..Azerbaycanin her bir diyari cox gozeldir ..
Re: Yardımlı haqqında nə bilirik?
Alıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
:lol: :lol: aynı yerden bakmısız ama cok guzel bir yermis :D
Bizim koydur gelersen gorersen:)
Re: Azərbaycan - (Yardımlı, Masallı)
Fidan olmusan orda bizim kendinde plakatini cekmisen Porsava ama selalenin ustude bizim kend sayilir qonagimiz olun bir gun
Re: Azərbaycan - (Yardımlı, Masallı)
Turizm imkanları
Azərbaycaının cənubunda, Burovar və Moran sıra dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir.
Rayon ərazisinin 21.000 hektar sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəslilləridir.
Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvan növləri yaşayır.
Masallı – Yardımlı avtomagistralının 25-ci km-də «Şəlalə» adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir.
Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox gözəl və populyar yeridir. «Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir.
Peştəsər kəndində, Ostayır kəndinində çox gözəl şəlalələr var. Sineyir adlanan dağ massivində isə göz oxşayan bulaqlar, nadir bitkilər mövcuddur. Burada yaşı bilinməyən Çobançağıran adlan daş təbiətin bəxş etdiyi gözəllikdir..
Lakin təəssüf ki, bu cür zəngin təbiətə, faunaya və floraya malik olan Yardımlı rayonunda turizm infrastrukturu lazımınca inkişaf etməmişdir.
Bu rayonda qədim xalq sənəti – xalçaçılığın ənələrəi qorunub saxlanmışdır. İxtisaslaşdırılmış xalçaçılıq sexləri yoxdur. Xalça ustaları öz evlərində xalça toxuyurlar. Rayonun inzibati mərkəzi – Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.
Yerli əhalinin icarəyə verdiyi hər cür şəraitli və rahat evlərdə qalmaq mümkündür.
Re: Azərbaycan - (Yardımlı, Masallı)
Rayonda olan problemlər
Yardımlının uğurlarından söhbət açarkən mövcud problemlərindən danışmasaq ədalətsizlik olardı. Rayon mərkəzində bir sıra işlər görülsə də kənd yolları hələ də bərbad vəziyyətdədir. Rayonun Sırıq, Yolocaq, Vərov, Horovar kəndlərində isə içməli su problemi öz həllini tapa bilmirki-bilmir. Kosmos əsri olmasına baxmayaraq sakinlər içməli suyu xeyli uzaqdan, ulaqlarla daşıyır.
Kənd klublarında heç bir mədəni kütləvi tədbirlərdən söhbət gedə bilməz. Kitabxanalar oxucu üzünə həsrət qalıb. Məktəblərin böyük əksəriyyətində dərsə davamiyyət minimum səviyyədədir. 6-7 sinif təhsildən sonra qız uşaqlarını məktəbə buraxmayan valideynlər, özlərinə bəraət qazandıraraq bu addımlarını haqlı sayırlar...
İşsizlik problemindən qurtulmaq istəyən gənclərin böyük əksəriyyəti Bakıya, Sumqayıta, Rusiyanın müxtəlif şəhərlərinə üz tutaraq rayondan uzaqlaşırlar. Əhalisinin rəsmi sayı 60 minə yaxın olsa da rayonda heç 25 min sakin qalmayıb.
Bütün bunlara baxmayaraq Yardımlı ölkəmizin dilbər guşələrindən biri kimi hələ də gözəlliklərə meydan oxuyur.