5 sonuçtan 1 ile 5 arası

Bextiyar Haciyev azadliqdan mehrum edildi

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Bextiyar Haciyev azadliqdan mehrum edildi

    Mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Harvard Universitetinin mezunu 28 yashli Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.
    Bəxtiyar Hacıyev məhkəmədə bildirib ki, hakimin istintaq təcridxanasına 3 dəfə məktub göndərməsindən sonra zala gəlib. O, məhkəmədə iştirak etmək istəməməsini hakimin ədalətinə inanmaması ilə izah edib.
    Gənc fəal Bəxtiyar Hacıyevin həbsi, döyülməsi və indi isə azadlıqdan məhrum edilməsi Azərbyacan hökumətinin fərqli fikri susdurmaq cəhdlərinin nümunəsidir.
    Gənc fəal qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri onun əslində internetdə, facebook sosial shebekesinde müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Bextiyar Haciyev azadliqdan mehrum edildi

    İndiki Azerbaycan realliğı mene (Vichy) Vişi rejimini xatırladır. Vişi rejimi Fransa tarixinde lekeli izler buraxıb. 1940 ci ilde Hitler Almaniyası Fransanı zebt ederken, topsuz tüfengiz teslim olan Fransa bu meğlubiyyetden sadece 1944 cü ilde Müqavimet Herekatı ve Müttefiq ölkelerin seyi neticesinde qurtula bildi ve müharibenin bele desek "arsız" qalibi elan edildi.
    Vişi rejimini fransız marşal Filip Peten idare edirdi. Fransa Almaniyanın qerarları esasında idare edilirdi. Marşal Peten ölkedeki genclerin sesini boğmaqdan ötrü onları ya kilselere yollayırdı ki, gedib xor oxusunlar ya da rahib olsunlar, ya idman yarışları teşkil edilirdi ve yaxud da edebiyyat meclisleri ki, genclerin başı qarışsın ve Müqavimet, müxalifet herekatlarına qoşulmasınlar.
    Bizde indi kitabxanalar evezine Olimpiya merkezleri daha çox açılır.
    2007-2015 ci iller Azerbaycanlı Genclerin Xarici ölkerelerde tehsili üzre Dövlet Programına ayrılan teqaüdler, 2010-cu ilden etibaren beynelxalq hüquq, insan hüquqları, siyasi elmler üzre ixtisaslara ve sırf Amerika ve Fransaya geden telebeler üçün birden-bire kesildi. Adı çekilen ölkeler programdan çıxarıldı. Sadece texniki ixtisaslara teqaud verileceyi bildirildi. Tecrübeli genclerden hökumetin çekindiyinin göstericisi ola bilermi? Buna praktik sübut Ramiz Mehdiyevin sözüne qüvvet : "Xaricden gelen gencler tehlükeli ideyalarla Vetene qayıdır".

    Allah qorusun genclerimizi.

  3. #3
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Bextiyar Haciyev azadliqdan mehrum edildi

    Hecne yazmiyacam.Çünkü yazmaqla düzelen deyil.
    Ramil Seferov nece çürüyür hebsde.

  4. #4
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Bextiyar Haciyev azadliqdan mehrum edildi

    Desem öldürecekler,demesem ölecem.
    İndi telden girmisem cox yaza bilmirem,sonra yazam,ureyimi boshaldacam.
    Qan qusacaqlar yuxaridakilarin hamisi.

  5. #5
    Member
    Üyelik tarihi
    Feb 2011
    Mesajlar
    89

    Re: Bextiyar Haciyev azadliqdan mehrum edildi

    Yaziq 11 mart günü ərəfələrində facebookda nələrsə yazmişdi,unutmuşam daha doğrusu..Amma nə isə firildaqlari var..Qayda-qanun olsa idi elə birinci yuxarida oturanlarin balalari,özlərini tutuqlayardilar əsgərlik çəkmədikləri üçün..Milləti dolayiblar yəni.???Hansi Az.prezidenti əsgərlik çəkib.?Bu haqda məlumati olan var userlərdən.???

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.