Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Bir kərə yüksələn bayraq, bir daha enməz!

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bir kərə yüksələn bayraq, bir daha enməz!


    Düşmənin heykəlləri məmləkətin hər künc-bucağında meydan sulayarkən, bizlər “Sənin heykəlin də, yolun da qəlbimizdə qoyulub” deməklə kifayətlənirik. Sənin müstəqil, güllü-gülüstanlı görmək istədiyin və bizə miras qoyduğun Azərbaycan Demokratik Respublikasına xəyanət etdik hər birimiz, ona sahib çıxmadıq. İndi isə sadəcə həmin günü ad olsun deyə qeyd edirik, həqiqətdə isə nə demokratiyadan, nə azadlıqdan, nə müstəqillikdən, nə millətçilikdən, nə də Musavatçılıqdan əsər-əlamət var. “Bir kərə yüksələn bayraq, Bir daha enməz!” dedik amma o qədər bayraqlarımız endirildi ki. Başın sağ olsun Bəy, Bayramın mübarək olsun!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Azərbaycanda Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Azərbaycanda Respublika Günü (28 may 1918-ci il) Azərbaycanın istiqlal günüdür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrındaTürkiyə ordusunun rəhbərliyilə - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur - 1918 ci il 4 iyun.
    Azərbaycan Demokratik Respublikası cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.


    BAYRAMIMIZ MÜBARƏK!!
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!



    Yaşasın Azərbaycan!!! Bayramımız Mübarək
    [

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Memmed Emin Resulzadenin heykelini xalqimiz qelbinde yashadir.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    128

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    HMM..BIR KERE YUKSELEN BAYRAQ, BIR DAHA ENMEz..!!!!inwallah..
    EAST or WEST HOME is BEST..!!!!!!

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Mavi, Qirmizi Yaşil.
    Göy rəng - aydın səma, kainat, başımız üstündəki fəza.
    Qırmızı rəng - üfüq, dan yeri, doğan günəşin qızartısı, yanarlıq, Yaşıl rəng - təbiət, həyat rəmzi, canlılıq, yaşarılıq.
    Yəni bütövlükdə kainat, bizi əhatə edən aləm, içərisində yaşadığımız dünya. Bayrağımızın rəngləri bunu simgələyir...Bu dərin mənali rəngləri ozündə cəmləndirən bayrağimiz daimi yüksəklikdə, inşallah heç vaxt enməz...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Yenədə ans-tv geniş yer verib bu günlə bağlı bunada şükür
    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Bu gün 20:10 ans tv de Əmin olunan yollar
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Sən bizimsən,bizimsən,durduqca bədəndə can....
    Yaşa,yaşa çox yaşa ey şanlı Azərbaycan!!
    Zaman daralır......

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

    Bayraq aksiyası kecirilməlidir.Hər evdən Bayraqlar asılmalıdır.Hər evdə Bayrağimiz olmalıdır.Belə bir kanpaniya kecirilsə əla olardı.Səhər Turan cəhet elədi.Sonuncu yox axarancı olsun.Gələn il Hər evdən bir bayraq görməsini Arzu edirəm.....!!!!
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.