2 sonuçtan 1 ile 2 arası

Top-5: dünyanın ən təhlükəli yolları

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Jun 2018
    Mesajlar
    4

    Top-5: dünyanın ən təhlükəli yolları

    Top-5: dünyanın ən təhlükəli yolları

    [


    Yolun bir tərəfi dağ yamacı, digər tərəfi isə ölümlə nəticələnə biləcək yüz min metrlik uçurumdur. Heç bir qoruyucu baryerlərin olmaması, həmçinin qaya və torpaq sürüşmələri – “xoş və rahat yol” üçün başqa nə lazımdır? D915 yolu təcrübəli sürücülər üçün əsl sınaqdır və 29 sərt döngə dağın həyacınını tam hiss etdirəcək gücdədir. Bəzi döngələr çox dar olduğundan, 2 avtomobilin eyni zamanda dönməsi mümkün deyil. Yük maşını və ya avtobusla getdiyiniz halda bu ciddi bir problem ola bilər. Bayburt yolu, dəniz səviyyəsindən 1820 metr yüksəklikdə yerləşir, buda o deməkdir ki, burada daim qar və yağış yağır. Lakin, bütün təhlükələrə baxmayaraq, yerli sakinlər mütəmadi olaraq bu yoldan istifadə edirlər və bütün mümkün nəqliyyat növləri ilə yola düşürlər.
    2. Şeytan Tramplini (Trampolín del Diablo), Kolumbiya


    Şeytan tramplini sözü Kolumbiya dağ yolunun təhlükəliliyini və darlığını təsvir edir. Hündürə qalxdıqca təhlükə daha da artır. Lakin ən dəhşətlisi tamamilə sərt və kəskin döngələrdir. Bütün bunlara baxmayaraq, burada iki istiqamətli yol mövcuddur və həm minik avtomobilləri ilə, həm də böyük avtobuslarla bu yoldan istifadə olunur. Yaşam mücadiləsini duman və uçurumlar dahabda çətinləşdirir. Dağın zirvəsində səyyahları La Laguna adlı gözəl kiçik kənd və gözəəl mənzərələr gözləyir.
    3. Pist-de-Jaffar (Piste de Jaffar), Marokko


    Jaffar ərazisi, dik yamacları olan təpənin mərkəzində buzlaq eroziya nəticəsində yaranan təbii dağ yoludur. Bu təbiət yolu Pist de Jaffar adlanır və ürəyi zəif səyahətçilər üçün uyğun deyil. “Piste de Jaffar”ı yol hesab etmək olmaz.O, təhlükəli, qayalı bir cığır sayılır. Bu cığırdan təkcə yerli sakinlər deyil, həmçinin kəskin hisslər yaşamaq və təsvir edilə bilməyən mənzərəni görmək üçün cəsur turistlər də istifadə edirlər. Bu istiqamətə getməyi qərara alsanız, təcrübəli yerli sürücülərdən istifadə edə bilərsiniz, çünki bu yollarda heç kim avtomobili onlardan daha yaxşı idarə edə bilməyəcək.
    4. KilonqKiştvor yolu (Keylong-Kishtwar), Hindistan


    Kilonq-Kiştvor, Hindistan yolu dağlıq ərazidə olan bir qrunt yoldur. Tamamilə heç bir qoruyucu quruluşa malik deyildir. Bunu bir tərəfdən də baş gicəlləndirən görünüşünə sahib bir cığır olduğunu söyləmək daha ədalətli olardı. Bu cığır olduqca dardır və uçurumun bəzi hissələrində qayalar səyahətçilərin və sürücülərin üzərlərinə gələcəkmiş kimi asılıb.
    5. Voyak dağı (Vojak), Xorvatiya


    Bu yolla zarafat etməmək lazımdır. Hətta burada sürücünün yalnız öz məsuliyyət ilə hərəkət etdiyini söyləyən bir yol nişanı vardır. Bütün bunlar XX əsrin əvvəllərində alpinistlər tərəfindən tikilən Voyak dağının zirvəsində yerləşən daş qülləsinə aparan marşrutla bağlıdır. Bəzi sahələrdə meyl 28.3% -ə çatır! Bu cür meylli yolda avtomobillə müqayisədə ayağla getmək daha təhlükəsizdir …

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Aug 2018
    Mesajlar
    6
    Bizdə də Şüşa yolları çox təhlükəlidir
    TRUST [ şirkətindən [ / [

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 09-13-2013, 11:12 AM
  2. Cevaplar: 0
    Son Mesaj: 06-24-2013, 12:22 PM
  3. Cevaplar: 0
    Son Mesaj: 05-29-2013, 05:13 PM
  4. Cevaplar: 0
    Son Mesaj: 03-06-2013, 05:10 PM
  5. Cevaplar: 0
    Son Mesaj: 03-04-2013, 12:41 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.