3 sonuçtan 1 ile 3 arası

Avtomobilin yanacaq sərfiyyatını azaltmağın yolları - 10 QAYDA

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.719

    Avtomobilin yanacaq sərfiyyatını azaltmağın yolları - 10 QAYDA

    Avtomobilin yanacaq sərfiyyatını azaltmağın 10 yolu. Son zamanlar dünyada yanacağın qiyməti durmadan artır. Bu isə etiraf edək ki, daha çox sürücüləri ciddi narahat edir. Vəziyyətdən çıxış yolu kimi bəziləri iri tutumlu avtomobillərini sataraq, daha az yanacaq istifadə edən və daha xırda nəqliyyat vasitələri alır. Digərləri isə büdcələrinə qənaət etmək üçün “düzgün sürmə” texnikasına üstünlük verir.

    “Düzgün sürmə” texnikası – avtomobili qənaətcil və ya daha az yanacaq sərf etməklə sürmə bacarığıdır. İlk baxışdan sadə görünə bilən bu texnikanın əslində bir neçə mühüm özəlliyi var. Əgər siz də büdcənizə qənaət etmək istəyirsinizsə diqqətinizi cəmləyin. Beləliklə:


    1. Avtomobilinizin daha az yanacaq yandırmasını istəyirsinizsə onu müntəzəm texniki baxışdan keçirməli, texniki hissələrin saz vəziyyətdə olmasına çalışmalısınız.


    2. Sürəti sevirsiniz? O zaman bu sevgidən əl çəkməli olacaqsınız. Əvvəla ona görə ki, yüksək sürət həyatınız üçün təhlükəlidir. İkincisi isə sürət artdıqca yanacaq sərfiyyatı da artır. Odur ki, əlavə xərcə düşməmək üçün mümkün qədər sabit sürət seçməlisiniz.


    3. Mühərrik işə düşdüyü andan tədricən qızmağa başlayır. Odur ki, yeni hərəkətə başlayan avtomobilə qaz vermək və onu tam gücü ilə işləməyə məcbur etmək olmaz. Bununla həm yanacaq sərfiyyatını artırır, həm də mühərrikin ömrünü qısaldırsınız. Nə etməli? Çox sadə, azacıq qaz verməklə mühərrikin qızmasına yardımçı olun və avtomobili bir növ sürətli hərəkətə hazırlayın.


    4. İmkan daxilində əyləcdən az istifadə edin. Çünki dayanan avtomobilin yenidən hərəkət etməsi vəümumi yükün daşınması üçün mühərrik adi halda olduğundan daha çox yanacaq sərf edir. Odur ki, hərəkətliliyi, başqa sözlə ətalət qüvvəsini qorumağa çalışın. Lakin bu prinsip yalnız sürücü peşəkar olduğu halda keçərlidir. Belə ki, qarşıdakı avtomobillə etibarlı məsafə saxlamağı və sürəti əyləclə deyil, qaz pedalı ilə tənzimləməyi razılaşaq ki, hər kəs bacarmır. Bir sözlə, ehtiyatlı olun.


    5. Bəzi sürücülər tıxaca düşərkən mühərriki tez – tez söndürüb, yandırır. Bununla da onlar yanacağa qənaət etdiklərini düşünürlər. Lakin bu, həqiqətənmi belədir? Əlbəttə ki, xeyir. Mühərrik hər dəfə işə düşərkən daha çox yanacaq tələb edir. Odur ki, bu üsul keçərli deyil. Yalnız istisna hallar var. Əgər tıxac zamanı dayanma intervalı təxminən 3-4 dəqiqədən artıqdırsa mühərriki söndürməyə dəyər. Əks halda, ya tıxacların az olduğu saatlarda yola çıxın, ya da alternativ hərəkət yollarına üstünlük verin.


    6. Avtomobilin sevmədiyi bəlkə də ən böyük rəftar sürücünün ani olaraq və davamlı şəkildə qaz, yaxud əyləc pedalına basmasıdır. Bu, əvvəla böyük riskdir. Sürücü yalnız özünü deyil, digərlərini də düşünməli, nəqliyyat vasitəsini ümumi hərəkət tempinə uyğun idarə etməlidir.
    Avtomobillə sərt rəftar yanacağın sərfiyyatına təxminən 50% təsir edir və digər texniki hissələrin vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Deməli avtomobilin sürətini tədricən artırmalı və onu tədricən dayandırmalısınız.


    7. Yoxuşda avtomobilə həddindən artıq qaz vermək və mühərriki gücə salmaq arzuolunan hal deyil. Xüsusən avtomobiliniz yüklüdürsə tez bir zamanda sürət yığmağa çalışmayın. Bu zaman yanacaq sərfiyyatı ikiqat, sürət isə saatda yalnız 3-5 km. artacaq. Bir də, yadda saxlayın, avtomobiliniz əlavə hər 100 kq. yükə görə 100 km.ə 1 litr artıq yanacaq sərf edir. Odur ki, zəruri olmayan yüklərdən xilas olun.


    8. Təkərlər avtomobilin hərəkətini tənzimləyən və yanacağa təsir edən əsas amildir. Qışda yay, yayda isə qış təkərlərindən istifadə etsəniz yanacağın sərfiyyatı artacaq. Bundan əlavə, təkərlərin təzyiqinin normal və eyni qaydada olmasına çalışın. Azacıq fərq avtomobilin həm hərəkətində, həm də yanacaq sərfiyyatında öz təsirini göstərəcək. Çalışın nəqliyyat vasitəsinə fərqli təkərlər quraşdırmayın. Nəzərə alın ki, hər təkərin özünəməxsus qalınlığı, eni, hətta tərkibi olur.


    9. Digər vacib amil yüklərin avtomobilin damına səliqəli şəkildə yığılmasıdır. Yük həddindən artıq böyük olduqda və ya düzgün yığılmadıqda birbaşa sürətə təsir edir. Bundan əlavə, avtomobil çox yanacaq sərf etməsin deyə sürücülər soyutma sistemini (kondisioneri) söndürür və şüşəni açır. Lakin unudurlar ki, hava ilə sərt təmasda olan yük və ya nəqliyyat vasitəsinin içərisinə daxil olan külək hərəkətə mane olur, nəticədə mühərrik sürət yığmaq üçün ikiqat çalışır. Dolayısı ilə hər iki halda avtomobil daha çox yanacaq sərf edir.


    10. Ən nəhayət, unutmayın ki, hər şeyin ifratı əlavə xərc tələb edir. Qənaətcil olmaq istəyirsinizsə diqqətli olmağınız məsləhətdir. Mühərrikin və ya kondisionerin gərəksiz yerə davamlı olaraq çalışması da əlavə yanacaq deməkdir.
    Mütəxəssislərin fikrincə, dünyada ekoloji vəziyyət ildən ilə daha da pisləşir. Bunun ən böyük səbəbi isə avtomobillərin havaya buraxdığı zəhərli qazlardır. Odur ki, nəqliyyat vasitəsindən düşünülmüş və səmərəli şəkildə istifadə həm cibimiz, həm də sağlamlığımız üçün faydalıdır.


  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jun 2018
    Mesajlar
    4

    Lightbulb Fox car rental

    Öz maşınımla necə pul qazana bilərəm ?

    Biz [l olaraq Sizə bu işdə yardımçı ola bilərik. Belə ki əgər müntəzəm olaraq istifadə etmədiyiniz avtomobiliniz varsa bizim “Maşınınla Pul Qazan” layihəsində avtomobilinizi qeydiyyatdan keçirə bilərsiniz. Biz əməkdaşlıq etdiyimiz çoxsaylı şırkətlər vasitəsilə sizin avtomobilinizdən yararlanmaq istəyən müştərilər tapıb onların istəkləri əsasında sizə təklif gondəririk. Təklif Sizi qane etdiyi təqdirdə avtomobilinizi Sizdən təhvil alıb icarəyə veririk. Beləcə sizin avtomobiliniz sizin üçün [ başlayacaq.\






  3. #3
    Junior Member
    Üyelik tarihi
    Aug 2018
    Mesajlar
    6
    Avtomobilin yanacaq sərfiyyatını azaltmağın yolların ən sadə və asan - ictimai nəqliyyatından istifadə etmək
    TRUST [ şirkətindən [ / [

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 11-01-2013, 12:30 PM
  2. Gömrük ekspertizası necə aparılacaq? - QAYDA
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 09-06-2013, 10:21 AM
  3. İsrail ABŞ-dan reaktiv yanacaq alıb
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 04-19-2013, 11:50 AM
  4. İranda yanacaq böhranı dərinləşir
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 12-25-2012, 06:10 PM
  5. Cevaplar: 0
    Son Mesaj: 12-25-2012, 12:00 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.