2 sonuçtan 1 ile 2 arası

Avtomobil tarixindən

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Avtomobil tarixindən

    “Audi”nin tarixi 1899-cu ildə “Horx” (“Horch”) şirkətinin əsasını qoyan Auqust Horxla bağlıdır. Horx 1901-ci ildə ilk avtomobilini icad etdi. Avtomobil 32 km/saat sürətə malik idi. İlk firmasını 1909-cu ildə Almaniyanın Saksoniya əyalətinə bağlı Svikkau şəhərində quran Horx bir müddət sonra köhnə şərikləri ilə anlaşılmazlıqlar səbəbindən şirkəti tərk etməli oldu. Lakin o, sonralar yeni dizayn avtomobillərində öz adından istifadə edə bilmədi. Buna görə də adının latın dilində tərcüməsi olan “Audi” sözündən istifadə etdi. Beləliklə, “AUDI Avtomobilverk GmbH” (“AUDI Automobilwerke GmbH”) markası 1910-cu ildə qeydiyyatdan keçdi. Birinci Dünya müharibəsinə kimi “Audi” markası avtomobil yarışlarında bir neçə dəfə fərqləndi. Müharibə ərəfəsində şirkət ordu üçün avtomobillər istehsal etməyə məcbur edildi. Müharibədən sonra isə ən böyük problem qiymətlərin aşağı düşməsi idi. Buna görə də Horx 1920-ci ildə idarə heyətini tərk etdi.

    1927-30-cu illər “Audi” üçün ən çətin dönəm oldu. 1931-ci ildən şirkət üçün yeni qapı açıldı. Rəhbərlik başa düşdü ki, vəziyyətdən yalnız bir çıxış yolu var, o da başqa şirkətlə birləşməkdir. Beləliklə, “Avto Yunion”un (“Auto Union”) əsası qoyuldu. İttifaqın üzvləri 4 şirkət idi: DKV (DKW), Horx (Horch), Vanderer (Wanderer) və “Audi”. “Audi”nin loqosunda olan 4 halqa elə bu 4 şirkəti göstərir. Məhz halqalardan istifadə olunması həmin dövrdə Almaniyada Olimpiya Oyunlarının populyarlığı ilə bağlıdır. Belə ki, 1936-cı ildə həm qış, həm də yay olimpiya oyunları Almaniyada keçirilməli idi. Qurulan yeni şirkət bir sıra sahələrdə yeni-yeni nailiyyətlər əldə etdi. 1936-cı ildə hazırladığı ən güclü maşın 6 litrlik V16 mühərriklə təchiz olunmuşdu. İkinci Dünya müharibəsində də şirkəti eyni aqibət gözləyirdi. “Avto Yunion” yenə alman ordusu üçün nəqliyyat vasitələri istehsal etməyə məcbur oldu. Şirkət 1945-ci ilədək ordu üçün çox sayda motosiklet, mühərrik, müxtəlif nəqliyyat vasitələri və hətta sualtı qayıqların hissələrini hazırladı. Qarşıda şirkəti daha ağır sınaq gözləyirdi. 1945-ci ildə şirkətin bütün zavodları Amerika bombardmançıları tərəfindən məhv edildi.

    Müharibədən sonra 60 min DKV ordu texnikasının təmir olunmasına və ehtiyat hissələrinə ehtiyac yarandı. Bu səbəbdən şirkət yenidən işə başladı. Sonralar yenidən maşın istehsalına başlayan “Audi” 3 silindrli 2 taktlı mühərriklə təchiz olunmuş DKV “Munqa” Cip avtomobilini hazırladı. 1956-cı ildə ordu üçün icad edilən avtomobildən cəmi 250 ədəd istehsal olunmuşdu. Sınaqlar zamanı avtomobillərlə uzaq məsafələr qət edildi və 240 min km yol problemsiz başa vuruldu. Bu maşın sonralar “Quattro” adı ilə məşhurlaşdı. 1968-ci ilədək 57 min ədəd “Munqasver” (Mungaswere) istehsal olundu. Sonrakı illərdə yeni avtomobil və motor növlərinin istehsalına başlandı. 1965-ci ildə 2 taktlı mühərrik 4 taktlı mühərriklə əvəz edildi. “Audi”nin uğurları davam edirdi. “Quattro”nun atası sayılan Yörq Bensiqner çoxlu sınaqlar həyata keçirdi və “4 təkər mühərriki” konsepsiyasının hazırlanması üçün idarə heyətini inandırmağa çalışdı. Lakin rəhbərlik onunla eyni fikirdə deyildi. Çünki həmin vaxt belə maşınları “Porşe” (Porshe) və “Mersedes” (Mercedes) istehsal edirdi. Digər səbəb isə markanın yüksəkkeyfiyyətli avtomobil istehsalında etibar qazanmaması idi. Bensiqner fikrindən geri çəkilmədi və “Quattro” layihəsi qəbul edildi. Rəhbərlik bu layihəni bütün dünyada məşhurlaşdırmaq qərarına gəldi. Belə də oldu. “Porşe” və “Mersedes” kimi, “Audi” də artıq məşhurlaşmışdı.

    Bu gün də “Audi” dünyada həm keyfiyyəti, həm də cazibədarlığı ilə seçilən avtomobillər sırasında öz yerini qoruyur. Hər il özünün yeni-yeni modelləri ilə avtomobil gündəmindən düşməyən şirkət 2010-cu ilin ilk aylarından “Audi A1”, “Audi RS5” və başqa modellərini təqdim edib.

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Alıntı Azerbaycanli Nickli Üyeden Alıntı Mesajı göster
    “Audi”nin tarixi 1899-cu ildə “Horx” (“Horch”) şirkətinin əsasını qoyan Auqust Horxla bağlıdır. Horx 1901-ci ildə ilk avtomobilini icad etdi. Avtomobil 32 km/saat sürətə malik idi. İlk firmasını 1909-cu ildə Almaniyanın Saksoniya əyalətinə bağlı Svikkau şəhərində quran Horx bir müddət sonra köhnə şərikləri ilə anlaşılmazlıqlar səbəbindən şirkəti tərk etməli oldu. Lakin o, sonralar yeni dizayn avtomobillərində öz adından istifadə edə bilmədi. Buna görə də adının latın dilində tərcüməsi olan “Audi” sözündən istifadə etdi. Beləliklə, “AUDI Avtomobilverk GmbH” (“AUDI Automobilwerke GmbH”) markası 1910-cu ildə qeydiyyatdan keçdi. Birinci Dünya müharibəsinə kimi “Audi” markası avtomobil yarışlarında bir neçə dəfə fərqləndi. Müharibə ərəfəsində şirkət ordu üçün avtomobillər istehsal etməyə məcbur edildi. Müharibədən sonra isə ən böyük problem qiymətlərin aşağı düşməsi idi. Buna görə də Horx 1920-ci ildə idarə heyətini tərk etdi.

    1927-30-cu illər “Audi” üçün ən çətin dönəm oldu. 1931-ci ildən şirkət üçün yeni qapı açıldı. Rəhbərlik başa düşdü ki, vəziyyətdən yalnız bir çıxış yolu var, o da başqa şirkətlə birləşməkdir. Beləliklə, “Avto Yunion”un (“Auto Union”) əsası qoyuldu. İttifaqın üzvləri 4 şirkət idi: DKV (DKW), Horx (Horch), Vanderer (Wanderer) və “Audi”. “Audi”nin loqosunda olan 4 halqa elə bu 4 şirkəti göstərir. Məhz halqalardan istifadə olunması həmin dövrdə Almaniyada Olimpiya Oyunlarının populyarlığı ilə bağlıdır. Belə ki, 1936-cı ildə həm qış, həm də yay olimpiya oyunları Almaniyada keçirilməli idi. Qurulan yeni şirkət bir sıra sahələrdə yeni-yeni nailiyyətlər əldə etdi. 1936-cı ildə hazırladığı ən güclü maşın 6 litrlik V16 mühərriklə təchiz olunmuşdu. İkinci Dünya müharibəsində də şirkəti eyni aqibət gözləyirdi. “Avto Yunion” yenə alman ordusu üçün nəqliyyat vasitələri istehsal etməyə məcbur oldu. Şirkət 1945-ci ilədək ordu üçün çox sayda motosiklet, mühərrik, müxtəlif nəqliyyat vasitələri və hətta sualtı qayıqların hissələrini hazırladı. Qarşıda şirkəti daha ağır sınaq gözləyirdi. 1945-ci ildə şirkətin bütün zavodları Amerika bombardmançıları tərəfindən məhv edildi.

    Müharibədən sonra 60 min DKV ordu texnikasının təmir olunmasına və ehtiyat hissələrinə ehtiyac yarandı. Bu səbəbdən şirkət yenidən işə başladı. Sonralar yenidən maşın istehsalına başlayan “Audi” 3 silindrli 2 taktlı mühərriklə təchiz olunmuş DKV “Munqa” Cip avtomobilini hazırladı. 1956-cı ildə ordu üçün icad edilən avtomobildən cəmi 250 ədəd istehsal olunmuşdu. Sınaqlar zamanı avtomobillərlə uzaq məsafələr qət edildi və 240 min km yol problemsiz başa vuruldu. Bu maşın sonralar “Quattro” adı ilə məşhurlaşdı. 1968-ci ilədək 57 min ədəd “Munqasver” (Mungaswere) istehsal olundu. Sonrakı illərdə yeni avtomobil və motor növlərinin istehsalına başlandı. 1965-ci ildə 2 taktlı mühərrik 4 taktlı mühərriklə əvəz edildi. “Audi”nin uğurları davam edirdi. “Quattro”nun atası sayılan Yörq Bensiqner çoxlu sınaqlar həyata keçirdi və “4 təkər mühərriki” konsepsiyasının hazırlanması üçün idarə heyətini inandırmağa çalışdı. Lakin rəhbərlik onunla eyni fikirdə deyildi. Çünki həmin vaxt belə maşınları “Porşe” (Porshe) və “Mersedes” (Mercedes) istehsal edirdi. Digər səbəb isə markanın yüksəkkeyfiyyətli avtomobil istehsalında etibar qazanmaması idi. Bensiqner fikrindən geri çəkilmədi və “Quattro” layihəsi qəbul edildi. Rəhbərlik bu layihəni bütün dünyada məşhurlaşdırmaq qərarına gəldi. Belə də oldu. “Porşe” və “Mersedes” kimi, “Audi” də artıq məşhurlaşmışdı.

    Bu gün də “Audi” dünyada həm keyfiyyəti, həm də cazibədarlığı ilə seçilən avtomobillər sırasında öz yerini qoruyur. Hər il özünün yeni-yeni modelləri ilə avtomobil gündəmindən düşməyən şirkət 2010-cu ilin ilk aylarından “Audi A1”, “Audi RS5” və başqa modellərini təqdim edib.

    Zaman
    Bilirsiz Lamborghini evvel traktor istehsal edirmis. Sonradan Luks avtomobil markasina cevrilib. Halhazirda Audi firmasina daxildir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.