“Audi”dən yeni super avtomobil
Almaniyanın “Audi” şirkəti “R8” modelinin ən güclü variantı olan “GT”-ni təqdim edib.
Bu model cəmi 333 ədəd istehsal ediləcək. Avtomobil standart modellərə nisbətən daha yüngüldür. Daha nazik şüşələr, karbon liflər və standart versiyalarda olmayan digər müasir materialların tətbiqi nəticəsində avtomobilin kütləsi 100 kiloqram azaldılıb.
560 at gücündə mühərrik sayəsində avtomobil 100 km/saata cəmi 3,6 saniyəyə çatır. “Audi R8 GT”-nin maksimal sürəti isə 320 km/saatdır. Avtomobilin klirensi aşağı salınıb, daha sərt yaylar və pnevmatik asqı ilə təchiz edilib.
Avropada bu avtomobilin qiyməti 200 000 avrodan başlayır.
[
Re: “Audi”dən yeni super avtomobil
:alqis: ELAA MASINDIR DARISI OLMAYANLARIN BASINA AUDI NIN BUTUN MARKALARI GESENGDIR :wink:
Re: “Audi”dən yeni super avtomobil
Re: “Audi”dən yeni super avtomobil
Re: “Audi”dən yeni super avtomobil
Re: “Audi”dən yeni super avtomobil
Tasarımı en uzun süren otomobilmiş.