6 sonuçtan 1 ile 6 arası

Avtomobil alarkən nələrə diqqət etməliyik

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Avtomobil alarkən nələrə diqqət etməliyik

    Artıq modern dünyamızda atomobillər insanların gündəlik və zəruri ehtiyacları sırasına daxil olub. Bəs Avtomobil alarkən nələrə diqqət etməliyik? Bu mənada avtomobil bazarı ən cəlbedici bazar sayılır. Bazarda, xüsusilə, ikinci əl avtomobillərinin çəkisi hər zaman yüksək olub. Üstəlik, dünyada hələ də davam edən maliyyə böhranı bu çəkini bir az da yüksəltdi. Hazırda ikinci əl avtomobillərinə müştəri marağı artan xətt üzrə inkişaf edir. Etiraf edək ki, işlənmiş avtomobillərin alınması maliyyə sarıdan əlverişli olsada mənfi tərəfləri də kifayət qədərdir. Bilməliyik ki, işlənmiş maşınlar daha çox xidmət, zaman və məsrəf tələb edir. Buna görə də çalışmaq lazımdır ki, çox da xərcə-borca girmədən büdcəmizə uyğun olan ən gənc avtomobil alaq. Yaxşı, bəs ikinci əl avtomobili alarkən əsasən hansı nüanslara diqqət etməliyik? Bunları aşağıda maddələr halında aydınlaşdırmağa çalışaq:

    Avtomobil alarkən birinci növbədə onun qəza keçirib-keçirmədiyini araşdırmaq lazımdır. Təbii ki bu məlumatı satıcıdan müfəssəl öyrənmək şansınız yoxdur. Bunun üçün öncə maşının boyasını araşdırın. Belə ki qəza keçirməmiş maşında kopotun iç və çöl səthindəki rənglər eyni olur. Digər bir tərəfdən, şassi və mühərrik nömrələrinin texniki posportda göstərilən rəqəmlərlə eyni olmasına dəqiq fikir verin. Bu nömrələr ora sonradan həkk edilə bilər. Əgər nömrələrlə oynama varsa, bu avtomobili almamağınız yüz faiz xeyrinizədir.

    Avtomobildə tez-tez sıradan çıxan ən vacib ehtiyat hissəsi olan mühərrik qayışının ən son nə vaxt dəyişdirildiyini mütləq öyrənin. Əks halda, qayışın gözləmədiyiniz zamanda qırılması sizə baha başa gələr.

    Maşının üzərində zərbə izlərinin olub-olmamasına mütləq baxın. Təkərlərin aşınması da diqqətinizdən yayınmasın. Ehtiyat təkərləri də gözdən keçirin.

    i Qapıların standart və rahat açılıb-örtülməsinə və bu zaman sürtünmənin olub olmamasına diqqət edin.

    Şüşə və faralar üzərindəki cızıq və çatlara fikir verin.

    Avtomobilin şassisini kontrol edin. Əgər təmir edilibsə, bu avtomobildən uzaq durun. Çünki belə avtomobillərin problemli olmaq ehtimalı yüksəkdir. Xüsusilə, bu qəbildən olan maşınlar qəza zamanı normal maşınlara nisbətən daha zəif müqavimət göstərir.

    Avtomobilin faralarını, siqnallarını, tormoz işıqlarını, ümumiyyətlə elektrik sistemini nəzərdən keçirin.

    Su radiatorunun içərisindəki mayeyə diqqət edin. Əgər bu azdırsa, radiatorda dəlik və ya çat ola bilər.

    Avtomobilin altına baxın, mühərrikin aşağısında hər hansı bir axıntının olub-olmadığını yoxlayın.

    İsitmə və havalandırma sistemlərini yerindəcə işlədərək yoxlayın. Radionu da həmçinin.

    İç oturacaqlarla məsafə cihazındakı rəqəmlərə kompleks yanaşın. Əgər oturacaqların kifayət qədər köhnəlməsinə baxmayaraq, maşının qət etdiyi yürüş məsafəsi olduqca az görünürsə, burada bir anormallıq var. Bu onu göstərir ki məsafə cihazına müdaxilə edilərək rəqəmlər dəyişdirilib. Yürüş məsafəsini müəyyənləşdirməkdə, sükandakı aşınmalar oturacaqlardan heç də geri qalmır. Bütün bunlara baxmayaraq, bu məsələdə ən önəmli göstərici motor testidir. Hazırda xidmət mərkəzlərində kompyuter vasitəsilə pistonlardakı aşınmanı araşdırıb avtomobilin yürüş məsafəsi haqqında dəqiq məlumat almaq olar.

    Müasir komputer imkanları ilə müayinə oluna bilməyən avtomobilləri almayın. Çünki bu cür avtomobillər xarab olduğu zaman daha çox xərc və zaman tələb olunur.

    Avtomobili alarkən mütləq onu sürərək yoxlayın. Bu zaman onun problemləri varsa, daha tez müəyyənləşdirmək olar. Yaxşı, bəs bu zaman nələrə diqqət edilməlidir. Bunu da bir neçə maddədə cəmləyək:

    Mühərrikin səsinə fikir verin. Mühərrik maksimum səssiz olmalıdır. Bu səssizlik mühərrik qızdıqdan sonra da davam etməlidir.

    Kələ-kötür yerdə də sürərək əlavə səs və qoxu olub-olmadığına da diqqət edin

    Müxtəlif sürət səviyyələrində tormoz edərək təkrar sürət yığın. Bu zaman maşında olan titrəmələri, sağa-sola oynamaları görmək olar.

    Müxtəlif sürətlərdə dönmə hərəkətləri edin

    Düz hərəkət zamanı ön və arxa təkərlər eyni xətt üzrə hərəkət etməlidir. Əgər arxa təkərlərin izi qabaq təkərlərin izi ilə üst-üstə düşmürsə deməli, avtomobilin şassisində və ya oxlar arasındakı məsafədə simmetriya pozulub.

    Ulduzların avtomobil sevgisi

    Hollivud ulduzları sahib olduqları avtomobillərlə həmişə media nümayəndələrinin maraq dairəsində olublar. Onu da deyək ki, aktyorlar bu sahədə heç də futbolçulardan geri qalmır, hətta çox irəlidədirlər. Məsələn, Tom Kruz ən son model “Bugatti” avtomobilinə sahibdir.

    “Troya” filmlərinin qəhrəmanlarından Axillesi və bir çox filmlərin baş qəhrəmanlarını canlandıran Bred Pitə BMW şirkəti tərəfindən “BMW Hydrogen 7” avtomobili hədiyyə olunub. Bu avtomobil hələ kütləvi istehsala buraxılmayıb. Reklam kompaniyası çərçivəsində məhz məşhur Hollivud ulduzuna hədiyyə olunan bu avtomobilin əsas xüsusiyyəti ekoloji təmiz sayılan hidrogen yanacağı ilə işləməsidir.

    Məşhur model Sindi Krouford ingilis futbolçusu Con Terri kimi “Bentley Continental GT” avtomobilinə üstünlük vermişdir. Con Terridən fərqli olaraq, Sindi bu avtomobili əldə etməmişdən əvvəl onun bir neçə hissəsinin xüsusi təkmilləşmiş ehtiyat hissələrlə əvəz olunmasını sifariş edibmiş.

    Zaman

    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Avtomobil alarkən nələrə diqqət etməliyik

    maraqli melumatlardir , masin alanda mutleq nezere alacam

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Avtomobil alarkən nələrə diqqət etməliyik

    Duzgun melumata gore tsk

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Avtomobil alarkən nələrə diqqət etməliyik

    mencede duz movzuye gore sagolun
    pervane bu movzuyu yaxsi oxu
    HaKKım heLaL,Sewqim haRam oLsun

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Mar 2011
    Mesajlar
    3

    Re: Avtomobil alarkən nələrə diqqət etməliyik

    minnetdaram !!

  6. #6
    Junior Member Qadir - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Mar 2018
    Yer
    Bakı
    Mesajlar
    13
    Çox sağol Azerbaycanlı. Avtomobil alarkən nələrə diqqət etməliyik haqqında bilməli olduğumuz hərşeyi açıqlayıbsan. Türklər demişkən əllərinə sağlıq

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.