XAN BALIĞI VƏ FRİ KARTOFU
1 ədəd xanı balığı (təmizlənmiş və içalatı çıxardılmış)
200 q şampinyon
200 q kartof
40 q qızardılmış badam
Frityür (ərinmiş yağ)
Duz
Şampinyonları doğrayın, badamla qarışdırın və xanı balığının içinə doldurub duzlayın. Balığı tikin, iki tərəfini də qızardın. Kartofu uzun-uzun doğrayın və frityürdə qızardın. Fri kartofunu balığın üstünə tökün.
TƏRƏVƏZLİ TOYUQ SALATI
500 q toyuğun döş əti
300 q pendir
3 ədəd pomidor
3 ədəd xiyar
2 diş sarımsaq
3 x/q mayonez
1 x/q xardal
Cəfəri
Duz, istiot
Toyuğun döş ətini duzlu suda bişirin, soyuyandan sonra uzun-uzun doğrayın. Pendiri sürtgəcdən keçirin, sarımsağı xırdalayın. Xiyarları uzun-uzun, pomidorları hissə-hissə doğrayın, duz töküb 10-15 dəqiqə saxlayın. Fileni pomidor, xiyar, sarımsaq, pendir, xardallı mayonezlə qarışdırın, duz, istiot vurun, doğranmış cəfəri əlavə edin.
ŞOKOLAD VƏ ALMALI KEKS
2 stəkan un
10 q qabartma tozu
1 stəkan bitki yağı
1 stəkan qəhvəyi şəkər tozu
1 stəkan şokolad qırıqları
3 ədəd yumurta
4 ədəd təmizlənmiş və kub şəklində doğranmış alma
2 ç/q vanil
2 ç/q üyüdülmüş darçın
1/2 stəkan qoz (iri doğranmış)
Bütün inqrediyentləri növbə ilə əlavə edib kasada qarışdırın. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.









