Mən sevgi bilirəm qovuşmaq çətin,
Həsrətli günlərin xəyali vardir.
Dag qədər yenilməz bir məhəbbətin,
Zirvəsi kovrəlmiş qəm buludlardir.

Mən sevgi bilirəm həsrət odunda
Yandirmiş koksünü pərvanə kimi
Mən sevgi bilirəm eşqin sonunda
Itirmis aglini divanə kimi

Mən sevgi bilirəm yazmiş yaratmiş
Omrünü ayriliq həsrəti qaraltmiş
Cavabsiz sevgidən qorxub qacanda
Bir zaman vurulmuş cavabsiz qalmiş

Mən sevgi bilirəm nifrətdə kində
Qərq olmuş aglayan qəmli konüldə
Yalan qandallamiş ümüd əlini
Puc etmiş vəfasiz məhəbbətini

Mən sevgi bilirəm otən illərdə
Qalmis yada düsən xatirələrdə
Bir gün xos duygu tək salib yadina
Axtarmiş ag-qara şəkillərində.

Mən sevgi bilirəm sevib ürəkdən
Qovuşub kam alib məhəbbətindən
Gor necə gozlədir sevib sevilmək
Sevdiyin bir şəxsin Qədrini Bilmək.