30 Iyun Sevgililər Günü

Burda Siz öz ürək sözləriniz və təbriklərinizi yaza bilərsiniz.

Nəzarətçi: fidan494

30 Iyun Sevgililər Günü

Mesajgöndərən Azerbaycanli tarix Çərşənbə axşamı İyu 30, 2009 1:31 pm

30 İyun Azərbaycanda Sevgililər günüdür. Artıq altı ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycanda Sevgililər günü kimi keçirilir.
Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Yəqin ki, çoxlarının fikrinə fevralın 14-ü- Valentin günü kimi keçirilən bayram gəlir. Amma biz artıq altı ildir ki, iyunun 30-da milli Sevgililər gününü qeyd edirik.
Sosioloqlar əslində belə bir bayramı həm də milli dəyərlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli sayır. Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu, həm milli bayramdır, həm qəhrəmanlıq tariximizdir, həm də sevgi kimi müqəddəs bir hisslə bağlıdır. 14 fevralın bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunmasına təbii yanaşan sosioloq, 30 iyunun sevgililər üçün daha böyük bir bayrama çevrilməsini məqsədəuyğun hal kimi qiymətləndirir. Onun fikrincə, milli sevgililər gününün daha böyük bir səviyyədə keçirilmə ənənəsi formalaşsa, bu, ölkəmizin də mövqeyinə xoş təəssüratlar gətirər: "Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Ətraf aləmdə baş verən neqativ situasiyalarla məhz əsl sevgi vasitəsilə mübarizə aparmaq olar. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Elə bu gün - Sevgililər günündə sevginizi bir daha etiraf etməkdən də".
İstifadəçi avatarı
Azerbaycanli
CEO
CEO
 
Mesajlar: 1992
Qeydiyyat: Cümə Apr 02, 2004 1:00 am
Yerləşmə: Azerbaycan.info

Re: 30 Iyun Sevgililər Günü

Mesajgöndərən sladkaya tarix Çərşənbə axşamı İyu 30, 2009 2:41 pm

hamının sevgililer gününü tebirk edirem ::aze:: ::aze::
EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!

Şəkil
İstifadəçi avatarı
sladkaya
Balaca Decel
Balaca Decel
 
Mesajlar: 1269
Qeydiyyat: Cümə axşamı Yan 03, 2008 2:00 am
Yerləşmə: türkiye/trabzon

Re: 30 Iyun Sevgililər Günü

Mesajgöndərən Xeyallarim tarix Çərşənbə axşamı İyu 30, 2009 5:49 pm

Butun sevenleri tebrik edirem , baxmayaraq ki ozum bu siyahide yoxam :wink:
Xeyallarim
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 1866
Qeydiyyat: Bazar Mar 22, 2009 1:53 pm

Re: 30 Iyun Sevgililər Günü

Mesajgöndərən suzi333 tarix Çərşənbə axşamı İyu 30, 2009 6:11 pm

hamının bayramı kutlu olsun!
Şəkil
İstifadəçi avatarı
suzi333
doktor aybalit
doktor aybalit
 
Mesajlar: 2047
Qeydiyyat: Cümə May 08, 2009 7:20 pm
Yerləşmə: TR

Re: 30 Iyun Sevgililər Günü

Mesajgöndərən Xeyallarim tarix Çərşənbə axşamı İyu 30, 2009 9:25 pm

suzi333 yazdı:hamının bayramı kutlu olsun!

Canim bu haminin bayrami deyil ki , bu ancaq bir birini canindan artiq seven sevgililerin bayramidir . Yeni bize aid deyil :wink: :mad:
Xeyallarim
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 1866
Qeydiyyat: Bazar Mar 22, 2009 1:53 pm

Re: 30 Iyun Sevgililər Günü

Mesajgöndərən suzi333 tarix Çərşənbə İyu 01, 2009 9:56 am

Xeyallarim yazdı:
suzi333 yazdı:hamının bayramı kutlu olsun!

Canim bu haminin bayrami deyil ki , bu ancaq bir birini canindan artiq seven sevgililerin bayramidir . Yeni bize aid deyil :wink: :mad:

YA ASLINDA MENDE ELE DEMEK İSTEDİM :sorry: MENE AİD GALİBA :wink:
Şəkil
İstifadəçi avatarı
suzi333
doktor aybalit
doktor aybalit
 
Mesajlar: 2047
Qeydiyyat: Cümə May 08, 2009 7:20 pm
Yerləşmə: TR


Qayıt Əlamətdar günlər və təbriklər

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq